Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Meduza” yazır ki, Rusiyada dövlət işçilərinin səsverməsinə nəzarət edəcək proqram hazırlanır

24 İyun 2020
“Meduza” yazır ki, Rusiyada dövlət işçilərinin səsverməsinə nəzarət edəcək proqram hazırlanır

Foto:Kirill Kuxmar /Tass

Rusiyanın bir neçə bölgəsində Konstitusiyaya ediləcək dəyişikliklərə dair səsvermədə dövlət işçilərininə nəzarət üçün “votely.ru” saytındakı elektron sistemdən istifadə ediləcək. Sistemin bir nümunəsi ilə tanış olan “Meduza” bu barədə araşdırma dərc edib. 

Mənbə bildirir ki, Yaroslavl və Altay bölgəsində fəallığın izlənməsi üçün “votely.ru” elektron sistemindən istifadə ediləcək. Bundan öncə “ura.ru” da Yekaterinburqda QR kodlarına görə iştirakın yoxlanılması üçün bənzər sistem barədə məlumat verilmişdi.

Proqram necə işləyir: İri şirkət rəhbərləri işçilərin siyahısını, telefon nömrələrini və hər bir işçiyə təyin edilmiş fərdi QR kodlarını sayta yükləyirlər. Səsvermə zamanı seçki məntəqələrində könüllülər verilmiş QR kodlarını skan edəcəklər. Təlimata görə, bu, səsvermədə iştirak edənlər arasında viktorinalar, müsabiqələr və ya lotereyalar keçirmək bəhanəsi ilə ediləcək.

Hansı şirkətlər məlumat daxil edib: Rus Post, Rostec, Lukoyl, Rusiya Dəmir Yolları, Sibur, AFK Sistema kimi böyük şirkətlərin işçilərinin məlumatları artıq “votely.ru” sisteminə daxil edilib.

İstifadəçi Qeydiyyatı və İstifadəçi Görünüşü adlanan mobil tətbiqlər artıq AppStore və Google Play-dən yüklənə bilir. Tətbiqin təsvirində deyilir ki, ” şirkətlərarası hər hansı bir böyük tədbirdə iştirakçıların qeydiyyatı və baxılması üçün” lazımdır. 

Proqramı kim hazırlayıb: Araşdırmada o da deyilir ki, “votely.ru” saytı və fəallığın monitorinqi üçün mobil tətbiqetmə İvan Petrov tərəfindən hazırlanıb.O,məlumatı şərh etməkdən imtina edib. “Meduza”nın mənbəsi bildirib ki, Petrov, Alfa Qrupun Yaroslavl filialında ilşləyib.

Ərazi seçki komissiyalarının üzvləri, klinikaların işçiləri,”Avtomobil Yolları” və tikinti şirkəti “PIK”-dən “Дождь”a bildirilib ki, onlar dəyişikliklərə səs verməyə məcbur edilirlər. O da bəlli olub ki, Moskvada təqaüdçülərin özlərinin də xəbəri olmadan elektron səsvermə üçün qeydiyyata alınıblar.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia