Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan Xalid Bağırova 18 min avro cərimə ödəməlidir

25 İyun 2020
Azərbaycan Xalid Bağırova 18 min avro cərimə ödəməlidir

Hüquqşünas Xalid Bağırov. Foto:şəxsi arxiv

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hüquqşünas Xalid Bağırovun hüquq pozuntularını tanıyıb. Qurumun rəsmi saytında qeyd olunan məlumata görə, bu barədə qərar iyunun 25-də açıqlanıb. 

Hüquqşünas AİHM-ə vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması və daha sonra fəaliyyətinə xitam verilməsi ilə bağlı şikayət edib. Onun hər iki şikayəti Azərbaycan hökuməti ilə 2015-ci və 2016-ci illərdə kommunikasiya edilib.

AİHM hansı pozuntuları tanıyıb: X.Bağırovun Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddələri ilə təmin olunan hüququları pozulub. 

Nə qədər cərimə təyin edilib: Hüquqşünasa dəymiş mənəvi zərərə görə, hökumət ona 18 000 avro təzminat ödəməli olacaq.

Nə baş verib: Xalid Bağırov 2011-ci ildə Azərbaycanda polis zorakılığından bəhs edəndən sonra Bakı Şəhər Baş Polis İdarəsi Vəkillər Kollegiyasına ondan şikayət edib. Kollegiya X.Bağırov barəsində intizam icraatı başladıb və onun vəkillik fəaliyyətini 1 illik dayandırıb. Daha sonra 2014-cü ildə yenidən vəkilə qarşı intizam icraatı başladılıb. Bu dəfə intizam icraatı onun siyasətçi İlqar Məmmədovu cinayət işi üzrə müdafiə edərkən verdiyi açıqlamalarla bağlı olub. Həmin vaxt kollegiya X.Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib və məhkəmə kollegiyanın müraciətini qəbul edib. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia