Bazar ertəsi, 19 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İranlı aktrisa hökumət əleyhinə fəallıqda ittiham olunaraq həbs cəzası alıb

26 İyun 2020
İranlı aktrisa hökumət əleyhinə fəallıqda ittiham olunaraq həbs cəzası alıb

Tarane Əlidusti Foto:Neilson Bernard/Getty

Rejissor Əsgər Fərhadinin “Satıcı” filminin ulduzu və İranın məşhur aktrisalarından olan Tarane Əlidustiyə 5 ay həbs cəzası verilib.
BBC Persia yazır ki, aktrisa hökumət əleyhinə fəallıqda ittiham olunur.

T.Əlidustinin vəkili Kaveh Rad “Twitter”də yazıb ki, hökm iki il müddətinə təxirə salınıb və iyulun 1-də rəsmi olaraq elan ediləcək.

Xəbəri aktyor Babək Kərimi də təsdiqləyib. Aktyor deyib ki, bu cəza T.Əlidusti başı açıq bir qadını təhqir edən polisi tənqid edəndən sonra verilib və məqsəd göz qorxutmaqdır.

Nə baş verib: Bu ilin yanvar ayında T.Əlidusti 5.8 milyon izləyicisi olan “Instagram” hesabında “biz vətəndaş deyilik, əsirik, milyonlarla əsir” yazıb və İran hakimiyyətini tənqid edib.

Aktrisa yanvarın 21-də Mədəniyyət və Media Prokurorluğununa çağrılıb və dövlət əleyhinə təbliğat aparmaqda ittiham olunaraq girov müqabilində sərbəst buraxılıb.

Tarane Əlidusti kimdir: “Satıcı” filmində rol alan aktrisa 2017-ci ildə həmin film “Xarici dildə ən yaxşı film” nominasiyasında Oscar mükafatı alanda mərasimi boykot edib. O həmçinin viza qadağasından sonra “Twitter”də Donald Trampı “irqçi” elan edib.


Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia