Çərşənbə axşamı, 13 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan-Rusiya sərhədində həbs olunan vətəndaşların kimliyi bəlli olub

29 İyun 2020
Rusiya-Azərbaycan sərhədində baş verənlərlə bağlı dövlət qurumlarına müraciət ünvanlanıb

Azərbaycan-Rusiya sərhədində qalan Azəbaycan vətəndaşları.Foto:echo_dagestana /instagram

Rusiyadan Azərbaycana qayıtmaq tələbilə sərhəddə keçirilən etiraz aksiyasından sonra həbs edilənlərin adları məlum olub.

“Turan” 10  nəfər Azərbaycan vətəndaşının adını yayıb:

Nahid Rəhman oğlu Ağayev 1980-ci ildə anadan olub;

Elbrus İdris oğlu Əhmədov 1983-cü il;

Rövşən Arif oğlu Hüseynov 1988-ci il;

Tural Nazim oğlu Qiyasov 1996-ci il;

Ceyhun Arzu oğlu Namazov 1999-cu il;

Emin Sahib oğlu İmaməliyev 1999-cu il;

Elmar Məhəmməd oğlu Musayev 1990-ci il;

Elmar Heydər oğlu Mehdiyev 1990-ci il;

Ənvər Burjula oğlu Muradov  1990-ci il;

Əziz Əfqan oğlu Fərəkzadə 1994-cü ildə anadan olub.

Hansı ittihamlar irəli sürülüb: Onlar Rusiya Cinayət Məcəlləsinin 318 (II hissə) və 167-ci (I hissə) maddələri ilə ittiham olunub. Bunlar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və özgə əmlakının qəsdən məhv edilməsidir. 

Nə qədər cəza gözlənilir: 318-ci maddənin ikinci hissəsi ilə ittiham olunan şəxsi 10 ilə qədər həbs, 167-ci maddənin birinci hissəsi ilə ittiham olunanı isə 40 min rubla qədər cərimə, 1 il müddətinə islah işləri, məcburi işlər, 3 aya qədər həbs və ya 2 ilə qədər azadlıqdan məhrumetmə gözləyir. 

İstintaq nə deyir: Azərbaycana buraxılmayan təxminən 400 vətəndaş Qullar kəndi yaxınlığında etiraz aksuyası keçirib və “Qafqaz” federal trasını bağlamağa cəhd edib. Polisə tabe olmayan etirazçılar, onlara daş və başqa əşyalar atıb. Nəticədə 9 polis əməkdaşı xəsarət alıb, 5 ədəd xidməti maşına ziyan dəyib. İstintaq Komitəsi ümumi zərəri təxminən 400 000 rubl (təxmin 9750 AZN) qiymətləndirib.

Hüquq müdafiəçiləri nə düşünür: Hüquq müdafiəçiləri hesab edir ki, iğtişaşlara Azərbaycan hakimiyyətinin fəaliyyətsizliyi səbəb olub. COVID-19 pandemiyasına görə sərhədlər bağlanıb və vətəndaşlar ölkəyə buraxılmır.  Həminin etiraz aksiyası dağıdılan zaman vətəndaşların polis əməkdaşlarının zorakılığına məruz qaldığı da bildirilir. 

Cinayət ittihamı ilə həbs edilən 10 nəfərdən başqa 80 vətəndaş qısamüddətli inzibati həbs cəzası alıb. Onların da çoxu həmin müddət bitdiyinə görə azad edilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia