İran Amerika prezidenti Donald Trampın həbsi üçün İnterpola order verib. Independent yazır ki, bu barədə Tehran şəhər prokuroru Əli Əlqasi məlumat yayıb.
Prokuror buna səbəbin Trampın İranın aparıcı hərbi generallarından biri Qasim Süleymaninin ölümündəki iştirakı olduğunu deyib.
Onun sözlərinə görə, 30-dan çox adam ,eləcə də Tramp barəsində generalın ölümündə birbaşa iştirak, əmr vermək və yardım etmək ittihamı ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxslər “Interpol”un qırmızı bülleteni ilə axtarışa verilib.
Nə baş verib: Bu il yanvarın 3-də ABŞ-ın pilotsuz uçuş aparatı Bağdad Hava limanı yaxınlığına hücum edib. Bunun nəticəsində İranın hərbi generalı Qasım Süleymani öldürülüb.
Qasım Süleymani kimdir: Qasım Süleymani İran İnqilab Keşikçiləri Qüds Qüvvələri komandiri olub. Onu bu vəzifəyə 1998-ci ildə Ayətullah Əli Xameneyi gətirib.