Cümə, 5 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

BMT: “Bu ilin sonuna qədər 4 milyondan çox qız uşağı qadın sünnətinə məruz qala bilər”

01 İyul 2020
BMT: “Bu ilin sonuna qədər 4 milyondan çox qız uşağı qadın sünnətinə məruz qala bilər”

6 Fevral 2016.Madriddə qadın sünnətinə etiraz edənlər Foto:Markos del Mazo/Pacific Press

BMT-nin Əhali Fondu “Dünya əhalisinin vəziyyəti” adlı illik qlobal hesabatını yayıb. 

Hesabatda bildirilir ki, hər il dünyada milyonlarla qız ailələrinin, yaxınlarının və yaşadıqları icmaların razılığı ilə fiziki və mənəvi əziyyətlə üzləşir.

Bu zərərli təcrübələr sırasında qızların erkən yaşda ərə verilməsi, qadın sünnəti, gender-əsaslı cinsi ayrıseçkilik kimi hallar yer alır.

Hesabatda nə deyilir: Ehtimal olunur ki, bu ilin sonunadək dünyada təqribən 4,1 milyon qız qadın sünnətinə məruz qalacaq. Hər gün orta hesabla 33 000 nəfər yetkinlik yaşına çatmayan qız özündən yaşca dəfələrlə böyük şəxslərə zorla ərə verilir. 

Bəzi ölkələrdə isə selektiv abortlar 140 milyon “itirilmiş” qız uşağının həyata gəlməkdən məhrum edilməsi ilə nəticələnib. 

Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda qadınların 15%-i 18 yaşına çatmamış ailə qurub, bəzi yerlərdə isə iki qadından biri hətta uşaq yaşında ikən ərə verilib. 

Mənbə:APA

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia