İranın paytaxtı Tehranda xəstəxanada partlayışda sonra başlayan yanğın nəticəsində ən azı 19 nəfər ölüb.
İranın yarı rəsmi xəbər agentliyi İSNA-nın məlumatına görə, hadisə iyunun 30-u axşam saatlarında baş verib.
Yanğının baş vermə səbəbi qaz balonu olub.
Tehran yanğınsöndürmə briqadasının sözçüsü Cəlal Məliki deyib ki, yanğın söndürüləndən sonra daha 6 nəfərin cəsədi tapılıb.
Dövlət televiziyası ölənlərin 15-nin qadın olduğunu açıqlayıb.