Kreml və tərəfdarları konstitusiyaya dəyişiklik etmək və Vladimir Putinin prezidentlik müddətini 2036-cı ilə qədər uzadılmasına imkan verən referendumda mübahisəli səs çoxluğu qazanıblar.
The Guardian yazır ki, seçki bülletenlərinin 99.9% -i sayılıb. Seçicilərin 77.93%-i konstitusiyaya dəyişikliklərin lehinə, 21.26%-i əleyhinə səs verib.
Rusiyanın seçki komissiyası bildirib ki, fəallıq 64,99% təşkil edib.
Nəticələr Kremlə onu deməyə imkan verir ki, rusların böyük əksəriyyəti Putinin dördüncü və son prezidentlik müddətinin başa çatdığı 2024-cü ildən sonra hakimiyyətini davam etdirməsini dəstəkləyir.
Ruslar hansı dəyişikliyə səs veriblər:
- Pensiya və minimum əmək haqqının artırılmasına
- Hökumətin yenidən qurulmasına
- “Allaha inam” ın konstitusiya vurğulanmasına
- Eynicinsli nikahların qadağasına
- Rus dilini və tarixini qoruyan nəsihətlər toplusuna
- İkili vətəndaşlığı olan yüksək vəzifəli şəxslərə qadağaya
Dəyişiklikliyin əleyhdarları Moskvanın Puşkin meydanında nəticələrə etiraz etməyi planlaşdırdırırlar.
Tənqidçilər səsverməni izləməyin mümkün olmadığını deyirlər. Onlayn keçirilən səsvermə bir həftə davam etdi,
Səsvermə müddətindən tutmuş sandıqların açılmasına qədər müddətdə qanun pozuntuları qeydə alınıb.
Bu həftə xalqa müraciətində Putin “sabitlik, təhlükəsizlik, rifah və layiqli bir həyata” səs verdiklərini deyib.
Vladimir Putin 1999-cu ildə baş Rusiyanın baş naziri, 2000-ci ildən 2008-cü ilə qədər prezidenti, 2008-ci ildə yenidən baş naziri, 2012-ci ildən 2018-ci ilə qədər yenidən prezidenti olub. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.