Bazar ertəsi, 12 Aprel 2021
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

Könüllü hərbi xidmətə yazılanların sayını açıqlamaq hərbi sirri yaymaqdır? İzah edirik!

16 İyul 2020
Könüllü hərbi xidmətə yazılanların sayını açıqlamaq hərbi sirri yaymaqdır? İzah edirik!

İlham Əliyev “N” saylı hərbi hissədə.Foto:president.az

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında könüllü hərbi xidmətə yazılanlar barədə danışıb. O deyib ki, bu günlər ərzində minlərlə insan “Qarabağda vuruşmaq istəyirəm” fikirləri səsləndirsə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqribən 150 nəfər müraciət edib. Onlardan 60 nəfər Tovuzdan, qalanları isə Azərbaycanın digər bölgələrindən olub. 

Bəzi tənqidçilər və hərbi ekspertlər hesab edir ki, prezidentin bu rəqəmi səsləndirməsi dövlət sirrini yaymaqdır. 

Hərbi sirr nədir? Könüllü hərbi xidmətə yazılanların sayının açıqlanması hərbi sirrin pozulmasıdırmı? Hüquqşünas Emin Abbasov izah edir!

1

Hərbi sirr nədir?

“Dövlət sirri haqqında” Qanuna görə hərbi sirlər, dövlət sirri sayılır. Həmin qanunun 5-ci maddəsi hərbi sahədə hansı məlumatların dövlət sirrini təşkil etdiyini müəyyən edir. Buraya aid edilib: 

  • Qoşunların dislokasiyası;
  • Həqiqi adları;
  • Təşkilati strukturu;
  • Şəxsi heyətinin sayı; 
  • Döyüş təminatı
  • Hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatlar. 

2

Könüllü hərbi xidmətə yazılanların sayının açıqlanması hərbi sirrin pozulmasıdırmı? 

Ölkənin hərbi səfərbərlik üçün ehtiyatda olan çağırışçı və könüllülərinin sayı haqqında məlumatlar hərbi sirr kimi səciyyələndirilən məlumatlar sırasına aid edilməyib.

3

Hərbi sirr yaymaq cinayət məsuliyyəti yaradırmı?

Cinayət Məcəlləsinin 284-cü maddəsi ilə şəxsin ona etibar edilmiş və ya xidməti vəzifəsinə, yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması əməli cinayət məsuliyyəti yaradır.

4

Hərbi sirri yayan haqqında hansı cəza nəzərdə tutulub?

Bu əmələ görə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulub.

Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia