Çərşənbə, 25 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AXCP-nin daha 3 fəalına cinayət ittihamı irəli sürülüb

21 İyul 2020
AXCP-nin daha 3 fəalına cinayət ittihamı irəli sürülüb

Milli Məclis qarşısında orduya dəstək məqsədilə keçirilən yürüş. 15 iyul, 2020 Foto: mikroskop media

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin fəalı Məhəbbət Nağıyev də saxlanılıb. Partiyanın yaydığı məlumata görə, o, Baş Prokurorluğun istintaq şöbəsinə aparılıb.

Bu gün həm də ötən gün saxlanılan daha 3 partiya fəalı, Nicat Abdullayev, Ceyhun Novruzov və Baba Süleymana cinayət ittihamı irəli sürülüb. Onlar Milli Məclis qarşısındakı nümayişdə baş verən insidentlə əlaqədar cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Fəallar məhkəməyə aparılıb və onlar barədə həbs qərarı veriləcəyi gözlənilir.

Kimlə nədə ittiham olunur: AXCP-nin 8 fəalı Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham olunurlar. Həmin maddələr: 1

  • 86.2.1-ci maddə – zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə
  • 233-cü maddə – ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə
  • 315-ci maddə hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə

Cəmi neçə fəal saxlanılıb: Yürüşün baş tutduğu gündən, iyulun 15-dən etibarən ümumilikdə 22 AXCP üzvü saxlanılıb və dindirilib. Onlardan 8 nəfər qarşı ittiham irəli sürülüb, 7 nəfər sərbəst buraxılıb. Qalan 7 fəalın taleyi barədə isə hələ də məlumat yoxdur. Həmin şəxslərin vəkilləri və yaxınları onların yanına buraxılmır.

Partiya nə deyir: AXCP hesab edir ki, bu həbslər tamamilə əsassızdır, eyni zamanda siyasi sifarişdir.

Niyə siyasi sifariş hesab edir: Prezident İlham Əliyev iyulun 15-də keçirilmiş yürüş barədə Nazirlər Kabinetinin iclasında fikirlərini bölüşüb. O, həmin çıxışda yürüşdə törədilən təxribata görə, AXCP fəallarını ittiham edib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia