Cümə axşamı, 23 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bələdiyyə üzvü Vəfa Nağıya qarşı iddia qaldırılıb

23 İyul 2020
Bələdiyyə üzvü Vəfa Nağıya qarşı iddia qaldırılıb

Vəfa Nağı. Foto:şəxsi arxiv/facebook

Neftçala rayonunun Xolqaraqaşlı kənd bələdiyyəsinin üzvü, ictimai fəal Vəfa Nağı cinayət məsuliyyətinə cəlb edilə bilər.

Vəfa Nağının yaydığı məlumatına görə, Xolqaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimov və ona yaxın iki şəxs məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb.

V.Nağı deyir ki,onların hər biri Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə iddia qaldırıblar.

Nə baş verib: İyunun 16-da Vəfa Nağının şəkillərini böyüdərək kəndin bir neçə ictimai yerinə yapışdırıblar. V.Nağı hesab edir ki, bunu bələdiyyə sədri Ə.Səlimov etdirib.

İctimai fəal 2019-cu ilin Bələdiyyə Seçkilərində üzv seçilib. İctimai fəal üzləşdiyi təzyiqin səbəbini belə izah edib:

“Mən keçən ilki bələdiyyə büdcəsinə çıxış tələb etdim və bununla bağlı məktub ünvanladım. İki gün əvvəl bələdiyyənin iclasında mənə bunla bağlı şifahi cavab verdilər və iddia etdilər ki, mən keçən il bələdiyyədə işləmədiyimə görə əslində bunu tələb etmək haqqım yoxdur. Halbuki hər bir bələdiyyə üzvünün və vətəndaşın belə tələb irəli sürməyə haqqı var. Daha sonra isə məni təhdid etdilər ki, bələdiyyə ilə bağlı yazdığım “Facebook” statuslarını dayandırmasam, mənlə başqa cür danışacaqlar”.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia