Bazar ertəsi, 8 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Cəbhəçinin oğlu barəsində həbs qətimkan tədbiri seçilib 

23 İyul 2020
Cəbhəçinin oğlu barəsində həbs qətimkan tədbiri seçilib 

Mehdi İbrahim. Foto:şəxsi arxiv/facebook

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin oğlu, futbol məşqçisi Mehdi İbrahim haqqında həbs qərarı verilib. 

Bu barədə M.İbrahimin qardaşı Turan İbrahim məlumat yayıb.

İyulun 22-də Xətai Rayon Məhkəməsinin verdiyi qərarla M.İbrahim haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Ailə üzvləri bildirir ki, M.İbrahimin siyasətə heç bir bağlılığı yoxdur və atalarının siyasi baxışına görə cəzalandırılır.

M.İbrahim Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə ittiham olunur.

139-1.1-ci maddədə hansı cəzalar nəzərdə tutulur: 2500 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə. 

Nə baş verib: İyulun 15-də orduya dəstək məqsədilə keçirilən Qarabağ  yürüşündən sonra 30-a yaxın AXCP fəalı həbs olunub. Onların əksəriyyəti barəsində cinayət işi başlanıb, bəziləri haqqında 30 sutkalıq inzibati həbs qərarları verilib. 

Partiya nə deyir: AXCP hesab edir ki, bu həbslər tamamilə əsassızdır, eyni zamanda siyasi sifarişdir.

Niyə siyasi sifariş hesab edir: Prezident İlham Əliyev iyulun 15-də keçirilmiş yürüş barədə Nazirlər Kabinetinin iclasında fikirlərini bölüşüb. O, həmin çıxışda yürüşdə törədilən təxribata görə, AXCP fəallarını ittiham edib

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia