Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa ikinci dalğaya hazırlaşır

28 İyul 2020
Avropa ikinci dalğaya hazırlaşır

İspaniya, Kataloniya. Foto:Cesc Maymo/Getty Images

Avropada ayrı-ayrı ölkələr koronavirusun ikinci dalğasına hazırlaşır ki, bu da yenidən karantin məhdudiyyətlərinin qoyulması ehtimalını artırır.

Belçika hökuməti 17-23 iyul tarixlərində yoluxma sayının 71% artması səbəbi ilə ölkədə ciddi karantin xəbərdarlığı edib.

Baş nazir Sofi Vilmes deyib ki, yayılmanı azalda bilməsək, bu, kollektiv uğursuzluq olacaq.

İspaniyanın Kataloniya bölgəsi 10 gün ərzində yoluxmanı  nəzarət altına alınmayacağı təqdirdə yenidən məhdudiyyətlər tətbiq edə bilər. Orada yoluxma əsasən tətilə gedənlər, meyvə və tərəvəz yığan mövsümi işçilər arasında müəyyən edilib.

Son iki həftədə bütün İspaniyada 16 min, Kataloniyada 8 min yoluxma qeydə alınıb.

Fransanın səhiyyə naziri Olivier Veran gənclər arasında yoluxmanın artmasından sonra hər kəsi ayıq olmağa çağırıb.

Almaniyanın ictimai sağlamlıq üzrə məsləhətçi orqanı son bir neçə həftə ərzində koronavirusa yoluxma sayının artmasından narahatlıq keçirdiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı nə deyir: ÜST deyir ki, Avropa payızda ikinci dərəcəli koronavirus dalğası ilə üzləşə bilər ki, bu da qrip və qızılca xəstəliyinin yayılma mövsümü ilə müşayiət oluna bilər.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia