Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Türkiyə parlamenti sosial medianı tənzimləyən qanun layihəsini qəbul edib

29 İyul 2020
Türkiyə parlamenti sosial medianı tənzimləyən qanun layihəsini qəbul edib

Türkiyə parlamenti.Foto:Yıldız Yazıcıoğlu/VOA

Türkiyədə Twitter, Facebook kimi milyonlarla istifadəçisi olan sosial media şirkətlərinə bir sıra öhdəlik və sanksiyalar nəzərdə tutan qanun layihəsi qəbul edilib.

BBC yazır ki, layihə iyulun 29-da Parlamentin Baş Məclisində qəbul edilib.

Tənzimləmə Nəşrlərin təşkili və bu nəşrlər vasitəsi ilə törədilən cinayətlərə qarşı mübarizə haqqında qanunun bəzi maddələrinə dəyişikliklər nəzərdə tutur.

Yeni tənzimləmə nə gətirir: Öhdəlikləri yerinə yetirməyən provayderlər üçün nəzərdə tutulmuş 10 min lirədən 100 min lirəyə qədər inzibati cərimə 1 milyon lirədən 10 milyon lirəyə qədər artırılır.

Tənzimləmə ilə şəxsi hüquqlara hücum, böhtana, təhqirə görə məzmunun bloklanması və ya silinməsi ilə yanaşı, “unudulmaq hüququ” da istifadə edilə bilər.

Belə olan halda adları çəkilən və “şəxsi hüquqlara hücum” kimi qiymətləndirilən yazılar axtarış zamanı görünməyəcək.

İqtidar nə deyir: İqtidar partiyası AKP tənzimləməni təhqir, şəxsi həyata müdaxilə, cinayət məzmunu daşıyan paylaşımlarla bağlı problemin aradan qaldırılacağı ilə əsaslandırır.

Müxalifət nə deyir: Müxalifət isə parlamentə AKP və MHP-nin ortaq imzası ilə daxil olan dəyişikliyi, hakimiyyətin müxalifləri susdurmaq üçün “senzura mexanizmi” kimi istifadə edəcəyini düşünür.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia