Cümə axşamı, 15 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan jurnalist və onun həyat yoldaşına təzminat ödəyəcək

30 İyul 2020
Azərbaycan jurnalist və onun həyat yoldaşına təzminat ödəyəcək

M,Nəsibova və İ.Nəsibov.Foto:Norveç Helsinki komitəsi facebook səhifəsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hazırda mühacir həyatı yaşayan jurnalist Məlahət Nəsibovanın işi ilə bağlı qərarını açıqlayıb. Qurumun rəsmi saytında qeyd olunan məlumata görə, bu barədə qərar iyulun 30-da verilib.

Qərar 2008-ci ildə Nəsibovların mənzilində və həmsdəri olduğu QHT-lərin İnkişafı və Demokratiya Resurs Mərkəzinin ofisində axtarış aparılması ilə bağlı idi. M.Nəsibova axtarışın qanunsuz olması iddiası ilə hüquq-mühafizə orqanlarına qarşı iddia qaldırıb. Yerli məhkəmələr həmin işdə jurnalistin əleyhinə qərarlar çıxarıb. AİHM-in məlumatına görə, iş üzrə kommunikasiyanın gedişində həm M.Nəsibova, həm də həyat yoldaşı İlqar Nəsibov dostca anlaşmaya razılıqlarını bildiriblər.

Bunu nəzərə alan AİHM Nəsibovların ərizələrini baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərara əsasən, Azərbaycan hökuməti Nəsibovlara təzminat ödəməli olacaq.

Nə qədər təzminat təyin edilib: Qərara əsasən, hökumət M. Nəsibovaya 5500, İ.Nəsibova 11600 avro təzminat ödəyəcək.

Şikayət hansı pozuntulardan idi: Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşırması), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 10-cu (ifadə azadlığı) və 13-cü (səmərəli hüquq-müdafiə vasitələri hüququ) maddələri ilə bağlı pozuntular.

Nə baş verib: M.Nəsibova “Turan” informasiya agentliyində çalışıb, Azadlıq Radiosunda çalışıb.Jurnalist və həyat yoldaşı Naxçıvanda fiziki təzyiqlərə məruz qalıb. Bundan sonra onlar ailəsi Norveçdə sığınacaq alıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia