Azərbaycanda “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiq edilib.
Report yazır ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydalara əsasən, müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq informasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı aparılır.
Yaşa görə təsnifatlaşdırma zamanı nələr nəzərə alınır: İnformasiya məhsulunun mövzusu
- Janrı
- Məzmunu
- Bədii tərtibatı
- İnformasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri
- İnformasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərərvurma ehtimalı
İnformasiya məhsullarının yaş kateqoriyalarına aid edilməsinə dair tələblər hansılardır:
“Universal”, “6 yaşadək”, “6 yaşdan”, “12 yaşdan”, “16 yaşdan” və “18 yaşdan” yaş kateqoriyaları.