Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Parlamentindən Azərbaycan hakimiyyətinə qarşı sanksiya tələbi

03 Avqust 2020
Avropa Parlamentindən Azərbaycan hakimiyyətinə qarşı sanksiya tələbi

İlham Əliyev və Mehriban Əliyeva. Foto: president.az

Avropa Parlamentinin Sosialistlər və Demokratlar Qrupunun vitse-prezidenti, Hollandiyalı deputat Kati Pirin Azərbaycandakı son siyasi həbslər barədə bəyanat yayıb.

Avqustun 2-də dərc olunan bəyanatda Azərbaycanın hüquq-mühafizə orqanlarının AXCP-nin sədr müavini Fuad Qəhrəmanlını ağır işgəncələrə məruz qoymasına dair inadırıcı məlumatlar barədə narahatlıq ifadə edilib:

F.Qəhrəmanlı prezident İlham Əliyev rejimi tərəfindən çevriliş hazırlamaq ittihamı ilə həbs olunan onlarla müxalif şəxs arasındadır. Bu məsuliyyətsiz hərəkətlər Əliyevin çıxışlarında dəfələrlə “beşinci kolon” və “satqın” kimi qələmə verdiyi müxalifətçiləri qorxutmaq, onlara təcavüz və həbsdən ibarət kampaniyanın bir hissəsini təşkil edir”.

Bəyanatda o da qeyd olunur ki, Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq, həbs edilənlər vəkilləri və ailələri ilə əlaqə hüquqlarından məhrum edilir. 

“Prezident Əliyevin pandemiyadan və Ermənistanla hərbi gərginlikdəki son sıçrayışdan ölkədə siyasi müxalifətin qalan hissələrini məhv etmək üçün bir bəhanə kimi istifadə etməsi yolverilməzdir. Vəziyyətin ağırlığını nəzərə alaraq, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə baş nümayəndəsi Cosep Borrelli gecikdirilmədən Aİ-nın insan haqlarının hədəf alınması təşəbbüsü çərçivəsində Azərbaycanda zorakılıqların, ölkədə siyasi müxalifət və vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə cavabdeh olan məmurlara qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırırıq”

deyə bəyanatında bildirilir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia