Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ammonium nitrat indiyədək Beyrutdan başqa haralarda həyat itkisinə səbəb olub?

05 Avqust 2020
Ammonium nitrat indiyədək Beyrutdan başqa haralarda həyat itkisinə səbəb olub?

Beyrut partlayışdan sonra.Foto:AFP

Livanın paytaxtı Beyrutda baş verən partlayışda 100-dən çox insanın ölümünə səbəb olan ammonium nitrat əvvəllər də böyük partlayışlara və həyat itkisinə səbəb olub.

Belçikada 

İlk və ən məşhur partlayış 78 il əvvəl Belçikanın Tessenderlo şəhərində olub. Partlayışda 189 nəfər ölmüş, yüzlərlə insan yaralanmışdı.

Şahidlərin sözlərinə görə, Tessenderloda hər evdən ən azı bir nəfər ölmüşdü. Şəhəri tamam məhv edən partlayışın nasist iş adamları tərəfindən törədildiyi iddia edilsə də, sonradan bunun insan xətası səbəbindən baş verdiyi ortaya çıxıb.

Amerikada

Ammonium nitratının partlaması ilə ən çox itki 1947-ci ildə ABŞ-ın Texas ştatında yaşanıb.

İki gəmidə baş verən yanğından sonra ammonium nitratının partlaması nəticəsində 600 nəfər öldü.

Texasda gübrə fabrikində eyni səbəbdən 2003-cü ildə baş verən partlayışda 12 nəfər ölür, azı 200 nəfər yaralanır.

Fransada

2001-ci ildə Fransanın Tuluza şəhərindəki kimya zavodunda ammonium nitratının partlaması nəticəsində 31 nəfər ölüb.

Partlayışda 2 min 500 nəfəri ağır olmaqla 8 min nəfər yaralanır. Əvvəlcə ”Terror hücumu” olduğu düşünülən hadisənin sonradan ammonium nitratın xlorlu məhsulla təmas nəticəsində baş verdiyi ortaya çıxdı.

Çində 

2015-ci ildə Çinin Tianjin şəhərində bir anbarda eyni səbəbdən baş verən partlayış nəticəsində 173 nəfər öldü.

Türkiyədə 

2003-cü ildə İstanbulda sinaqoqa və banka edilən terror hücumlarında da ammonium nitrat istifadə edilib.Dörd fərqli yerdə  baş verən hücumlarda 59 nəfər həyatını itirdi, 400 nəfər yaralandı.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia