Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ReAL partiyası yenə təsis qurultayı keçirib

05 Avqust 2020
ReAL partiyası yenə təsis qurultayı keçirib

ReAL-ın onlayn qurultayından.Foto-skrinşot Natiq Cəfərli

Avqustun 4-də Respublikaçı Alternativ Patiyasının (ReAL) onlayn təsis qurultayı keçirilib. Bu barədə arqument.az-a qurultayın təsis etdiyi Siyasi Komitənin üzvü Natiq Cəfərli məlumat verib.

N.Cəfərli deyib ki, qurultaya 108 nümayəndə seçilsə də, müzakirədə 98 nəfər iştirak edib.

Qurultayda partiyanın nizamnaməsi və proqramı qəbul edildi. Siyasi Komitə təsis edildi və üzvlər seçildi. Sədri də Siyasi Komitə seçəcək”

deyə N.Cəfərli vurğulayıb.

Siyasi Komitəyə kimlər üzv seçilib:

  • İlqar Məmmədov
  • Erkin Qədirli
  • Natiq Cəfərli
  • Rəsul Cəfərov
  • Zaur Qurbanlı
  • Mahmud Mahmudov 

Qurultayda 5 nəfər Nəzarət-Təftiş Komissiyası seçildi. NTK rotasiya üsulu ilə hər 3 aydan bir dəyişdiriləcək. Bütün qurultay nümayəndələri yaxın 4 il ərzində növbəti qurultaya qədər NKT-nın üzvü olacaqlar”

N.Cəfərli deyib. 

İyulun 1-də İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanla iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb. Görüş zamanı Ə.Vəliyev bildirib ki, pandemiyaya görə təsis qurultayının adi qaydada keçirilməsi mümkün deyil, buna görə də videokonfrans rejimində keçirilən təsis qurultayı dövlət qeydiyyat üçün əsas kimi götürə bilər.

ReAL barədə: 2009-cu ildə hərəkat olaraq təsis edilən ReAL 2018-ci ilin aprelində onların onlayn təsis qurultayı keçirib. Qurultaydan sonra sənədlər Ədliyyə Nazirliyinə təqdim olunmadı, buna görə də partiya ikinci dəfə təsis qurultayı keçirib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia