Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Amnesty International” deyir ki, sonuncu həbs dalğası müxalifəti məhv edə bilər

06 Avqust 2020
“Amnesty International” deyir ki, sonuncu həbs dalğası müxalifəti məhv edə bilər

Foto: Mikroskop Media

“Amnesty International” hüquq-müdafiə təşkilatı Azərbaycan hakimiyyətinin siyasi müxalifəti, ifadə azadlığını, dinc toplaşmaq və birləşmək azadlığı hüququnu amansız şəkildə boğmasını pisləyən bəyanat yayıb. Bəyanatda deyilir ki, sonuncu həbs və qorxutma dalğası onsuz da həddindən artıq dağılmış müxalifətin məhvinə gətirib çıxara bilər: 

100-dən çox insan, xüsusən müxalifət fəalları və onların tərəfdarları iyulun 14-15-də Bakının mərkəzində keçirilən mitinqdən sonra siyasi motivlərlə həbs edilib”

Vurğulanır ki, prezident İlham Əliyev açıq şəkildə müxalifəti zorakılıqda ittiham edib, ölkəni “beşinci kolon”dan və “ermənidən daha betər olan düşmənlərdən” təmizləməklə hədələyib.

Azərbaycan hakimiyyəti siyasi motivli təqiblərə, siyasi rəqiblərini və onların tərəfdarlarını qorxutmağa və onlara qarşı repressiyalara son qoymalıdır. İnsan hüquqlarını həyata keçirdiklərinə görə cinayət işləri və ya inzibati işlər üzrə özbaşına həbs edilmiş bütün şəxslər dərhal və qeyd-şərtsiz azad edilməlidir”

deyə bəyanatda bildirilir.

14-15 iyul mitinqi zamanı çox sayda müxalifət fəalı saxlandığını deyən təşkilat, həbslərin konkret olaraq AXCP üzvlərinə qarşı yönəldiyinə diqqət yetirib.

“Onlar hamısı hakimiyyəti zorla ələ keçirməyə cəhd və iğtişaşların təşkili kimi uydurma ittihamlar ilə uzun müddətə azadlıqda məhrum edilə bilər. Saxlanılanların vəkillərlə görüşünə icazə verilmir və qeyri-rəsmi məlumatlara görə, onlar amansız işgəncələrə məruz qalır”

deyə “Amnesty International”-ın bəyanatında qeyd olunur. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia