Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Cəbhəçi cəzasının çəkilməmiş hissəsindən azad edilməyib

11 Avqust 2020
Cəbhəçi cəzasının çəkilməmiş hissəsindən azad edilməyib

Orxan Baxışlı. Foto:Fərqanə Novruzova

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Orxan Baxışlının vaxtından əvvəl şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. O, avqustun 11-də Qaradağ rayon Məhkəməsində baş tutan prosesə onlayn formada qatılıb.

Məhkəmədə cəzaçəkmə müəssisəsi rəhbərliyinin O.Baxışlı barədə tərtib etdiyi mülahizə elan edilib. Rəhbərlik onun vaxtından əvvəl buraxılmasını məqsədəuyğun hesab etməyib.

Mülahizədə deyilir ki, onun əməyə münasibəti mənfidir, tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarmır:

O, verilən tapşırıqları yerinə yetirməkdən yayınır. Ailə üzvləri və yaxın qohumları ilə münasibəti qənaətbəxşdir. Xasiyyətcə tərs və təkəbbürlüdür. Məhkum yoldaşları və müəssisə əməkdaşlarına qarşı qeyri-səmimidir”.

14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Namiq Qocayev və ədliyyə kapitanı Vüsal Zeynalovun Orxan Baxışlı haqqında mülahizəni Alt Komissiyaya təqdim edilib.

O.Baxışlı haqqında məhkəməyə mənfi rəy verilməsinə imza atan Altkomissiya üzvləri arasında Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı da var.

Hüquq müdadfiəçisi Azadlıq Radiosuna onlara sənədlər təqdim olunduğunu, həmin sənədlər əsasında rəy verdiklərini deyib:

Orxan Baxışlı məsələsinə gəlincə, bu məsələni araşdırandan sonra nəsə deyə bilərəm. O.Baxışlı işinə baxdığım minlərlə insandan biridir”.

Nə baş verib:AXCP üzvü O.Baxışlı 2018-ci il saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsiylə 6 il azadlıqdan məhrum edilib. Ali Məhkəmə sonradan satış məqsədini ittihamdan çıxarıb, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirib.

AXCP bu ittihamları rədd edir və O.Baxışlının həbsinin siyasi olduğunu hesab edir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia