Belarusda keçirilmiş prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskaya Litvaya gedib. Bu barədə Litvanın xarici işlər naziri Linas Linkeviçius “Twitter”dı yazıb:
Svetlana Tixanovskaya təhlükəsizlikdədir. O, Litvadadır”.
Tixanovskayanın seçki qərargahı bu məlumatı şərh etməyib.
Öncəki axşam qərargah Tixanovskayanın seçkinin nəticələri barədə şikayət verməyə gəldiyi Mərkəzi Seçki Komissiyasında zorla tutulduğunu elan etmişdi.
Nə baş verib: Avqustun 9-da Belarusda prezident seçkisi keçirilib. MSK hazırkı dövlət başçısı Lukaşenkonun 80%, Tixanovskayanın 10% səs topladığını açıqlayıb. Digər ölkələrdə keçirilən alternativ sorğuların nəticələrinə görə, 19 seçki məntəqəsində səslərin sayılması ilə S.Tixanovskayanın seçki qərargahı səsvermənin rəsmi nəticələrini tanımadı.
Seçkidən sonra paytaxt Minsk də daxil olmaqla, müxtəlif şəhərlərdə nəticələrə etiraz olaraq aksiyalar keçirilib.