Belarusda etirazların fonunda pirotexnika məhsullarının topdan və pərakəndə satışına qadağa qoyuldu. Bu barədə ökənin Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi məlumat yayıb.
Qadağa bu gün, avqustun 12-də qüvvəyə minir.
Belarusda keçirilən kütləvi aksiyalar zamanı etirazçılar çevik polis qüvvələri və daxili qoşunlara qarşı hava fişənglərindən istifadə ediblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazların ilk 2 günündə 5 mindən çox insan saxlanılıb.
Nə baş verib: Belarusda etirazlar avqustun 9-da prezident seçkilərinin ilkin nəticələri elan olunduqdan sonra başladı. Rəsmi məlumatlara görə, namizəd Svetlana Tixanovskaya 10,09%, hazırkı prezident Aleksandr Lukaşenko 80,08% səs toplayıb. Eyni zamanda, digər ölkələrdə keçirilən alternativ sorğuların nəticələrinə görə, 19 seçki məntəqəsində səslərin sayılması ilə Tixanovskaya 79,69% səs toplayıb.