Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Belarusda seçki sonrası etirazların 4-cü günü. Nələri bilməlisən?

13 Avqust 2020
Belarusda seçki sonrası etirazların 4-cü günü. Nələri bilməlisən?

Belarusda həmrəylik aksiyası.Foto:RFE/RL

Avqustun 9-da Belarusda prezident seçkiləri keçirildi. MSK-nın məlumatına görə, hazırkı prezident Aleksandr Lukaşenko səslərin 80,08% -ni, onun əsas rəqibi Svetlana Tixanovskaya isə 10,09%-ni topladı.

Seçkinin nəticələri açıqlandıqdan sonra Minsk də daxil olmaqla ölkənin 25 şəhərində kütləvi etirazlar başladı.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazların ilk dörd günü ərzində 7 mindən çox adam saxlanılıb.

Rəsmi məlumatlara görə, xəstəxanalara 250-dən çox insan müraciət edib. Həbs olunanların qohumları bildirib ki, onlar zorakılığa məruz qalıb. Etirazlarda azı bir nəfərin öldürüldüyü deyilir.

Polisin etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdiyi bildirilir.

10 avqust: Tixanovskaya Minskdə MSK-nın qərargahında rəsmi nəticələrdən şikayət verməyə çalışanda orada yüksək çinli hüquq-mühafizə əməkdaşları tərəfindən 3 saat vəkilsiz saxlanılıb.

11 avuqst: S.Tixanovskaya Belarusu tərk edib Lİtvadan sığınacaq alır. Sözçüsü Volha Kavalkova deyib ki, onu ölkədən Belarus hakimiyyəti çıxarıb.

Belarusun İstintaq Komitəsi vətəndaşlara xəbərdarlıq edib ki, “qanunsuz hərəkətlər” cavabsız qalmayacaq.

12 avqust: Belarusda etirazların fonunda pirotexnika məhsullarının topdan və pərakəndə satışı qadağan olundu. Buna səbəb kimi kütləvi aksiyalar zamanı etirazçıların çevik polis qüvvələri və daxili qoşunlara qarşı hava fişənglərindən istifadə etməsi göstərilib.

13 avqust: Bu gün səhərdən etibarən mülki şəxslər və Tibb işçiləri Minskin müxtəlif yerlərində həmrəylik aksiyası keçirirlər. Aksiyada əsasən qadınlar  iştirak edir, onlar özləri ilə çiçəklər gətirir və yollarda düzülürlər.

Lukaşenko nə deyir: Prezident deyir ki, etiraz edənlər cinayətkar keçmişi olanlar və işsizlərdir. 

ABŞ Belarusa qarşı sanksiyaların tətbiq olunacağını istisna etməyib və təhlükəsizlik qüvvələri tərəfindən zorakılığı pisləyib.  

Fransa prezidenti Emmanuel Makron Belarusdakı vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edib.

Avropa İttifaqı xarici işlər komissarı Cosep Borrell bu barədə Twitter-də yazıb ki, Belarusda seçki nə ədalətli, nə də azad olub:

Avropa İttifaqı Belarus rəhbərliyini geniş cəmiyyətlə əsl dialoqa başlanmasına, sərbəst toplaşma, media və ifadə azadlıqlarına qarşı qeyri-məqbul zorakılıq və hücumları dayandırmağa çağırır. Biz Belarusla münasibətlərimizi diqqətlə nəzərdən keçirəcəyik”.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia