Ermənistan Baş naziri Nikol Paşinyan BBC-nin “HARD Talk” proqramına müsahibə verib. Baş nazir müsahibədə 2 il əvvəl hakimiyyətə gələndə ondan olan gözləntilər, Azərbaycanla Ermənistan arasındakı konflikt, bunun sülh yolu ilə həlli, eləcə də Ermənistanda koronavirusla mübarizə haqqında danışıb.
Mikroskop Media müsahibədən əsas çıxarışları təqdim edir:
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə
Sülhə yalnız bir tərəfli cəhdlərlə nail olmaq olmaz. Ermənistan ancaq onda əsl sülh əldə edə bilər ki, Azərbaycan da bu cəhdlərə qarşılıq versin. Ermənistanın Baş naziri kimi mən yeni formul təklif etdim. Bu formul odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həm Dağlıq Qarabağ əhalisi, həm Ermənistan əhalisi, həm də Azərbaycan əhalisi üçün qəbul edilən olmalıdır. Mən ilk erməni lideriyəm ki, münaqişənin həlli həm də Azərbaycan əhalisi üçün qəbuledilən olmalıdır.
İyul döyüşləri haqqında
İyulda atəşkəsi birinci Azərbaycan tərəfi pozub və bu, yeni bir şey deyildi. Uzun müddət Azərbaycan prezidenti aqressiv, müharibəyə meyilli ritorika istifadə edib və deyib ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edə bilər. Bu ritrokianın nəticəsi olaraq Azərbaycan hökuməti çətinliklə üz-üzə qalıb, onlar öz cəmiyyətlərinə izah edə bilmirlər ki, bu münaqişə niyə həll olunmur
Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı “Arsax Ermənistandır” deməsi barədə
Qarabağ münaqişəsi başlayanda orada yaşayan əhalinin 18 faizi erməni olub. Və Azərbaycan onları oradan təmizəməyə çalışıb, bundan sonra da münaqişə başlayıb.
Ermənistandan Azərbaycan ərazisi vasitəsilə yol çəkilməsi nə vaxt dayandırılacaq?
Bu yolu çəkən Ermənistan hökuməti yox, Dağlıq Qarabağ çəkir. Dağlıq Qarabağda insanlar yaşayır və onların ehtiyacları var. Yeri gəlmişkən, Azərbaycan Dağlıq Qarabağ və Ermənistana izolyasiya və blokada siyasəti tətbiq edir.
Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinin törətdiyi hərbi cinayətlərə görə üzr istəmək haqqında
İstənilən müharibə faciələr zənciridir. Ona görə də biz deyirik ki, münaqişənin hərbi yolla həlli ilə bağlı istənilən ehtimalı rədd edək. Hər sülh güzəştə getməkdir və Ermənistan həmişə güzəştə getməyə hazır idi və hazırdır. Avropa Məhkəməsinin oxşar vəhşilikləri Azərbaycan tərəfinin də törətməsi barədə kataloqu var.
… Bu, sübut olunmalıdır ki, [Ermənistan qüvvələri tərəfindən] vəhşilikləri kimlər törədib. Mən düşünürəm ki, Dağlq Qarabağ erməniləri və azərbaycanlıları qurbandırlar. Biz bunu həmişə əsaslandıra bilərik.
Ermənistanda COVID-19-la mübarizənin nə qədər uğurlu olması barədə
Ermənistanın pandemiya ilə mübarizədə nə qədər uğurlu olması barədə nəticə çıxarmaq üçün hələ çox tezdir, çünki təəssüf ki, pandemiya hələ də bütün dünyada inkişaf etməkdədir.
Ermənistan strateji olaraq Avropayla əməkdaşlığa üstünlük verəcək, yoxsa Rusiyaya sadiq qalacaq?
Rusiya Ermənistanın strateji tərəfdaşıdır. Biz Avrasiya İqtisadi Birliyinin üzvüyük. Eyni zamanda Avropa Birliyi ilə geniş miqyaslı və inkişaf etmiş əməkdaşlıq müqaviləmiz var.
…Bizim NATO ilə kifayət qədər effektiv əməkdaşlığımı var və biz Əfqanıstan, Livan, Kosova, Malidə sülh quruculuğu missiyasında iştirak edirik.
… Strateji əməkdaşlıq o deməkdir ki, bu, uzun müddət üçün nəzərdə tutulub. Amma bizim İranla da yaxşı münasibətlərimiz var və əlimizdən gələni edirik ki, ABŞ-la əlaqələrimizi yaxşı saxlayaq.