Respublikaçı Alternativ partiyasının (ReAL) Siyasi Komitəsinin ilk iclasında sədr seçkisi baş tutub. Bu barədə ReAL-ın avqustun 18-də yaydığı məlumatda deyilir. Bildirilir ki, iclasın gündəliyində duran əsas məsələ partiya nizamnaməsinin tələbinə uyğun olaraq partiya sədrinin seçilməsi idi:
Erkin Qədirli partiyanın sədri vəzifəsinə İlqar Məmmədovun namizədliyini irəli sürdü. Başqa namizəd irəli sürülmədiyindən İlqar Məmmədovun partiya sədri vəzifəsinə namizədliyi səsverməyə çıxarıldı və yekdilliklə qəbul olundu”.
ReAL-ın bu gün yaydığı digər məlumatda deyilir ki, partiya bu günlərdə sabah dövlət qeydiyyatı üçün tələb olunan sənədləri ədliyyə nazirliyinə göndərəcək.
Partiya avqustun 4-də onlayn formada təsis qurultayı keçirib.Qurultayda partiyanın nizamnaməsi və proqramı qəbul edildi, siyasi Komitə təsis edildi və üzvlər seçildi. Sədri seçkisi isə baş tutmamışdı.
ReAl 2009-cu ildə hərəkat olaraq təsis edilib. 2018-ci ilin aprelində onların onlayn təsis qurultayı baş tutub. Qurultaydan sonra sənədlər Ədliyyə Nazirliyinə təqdim olunmadı, buna görə də partiya ikinci dəfə təsis qurultayı keçirdi.