Şənbə, 17 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Human Rights Watch deyir ki, Azərbaycanda müxalifətə amansız təzyiq var

19 Avqust 2020
Human Rights Watch deyir ki, Azərbaycanda müxalifətə amansız təzyiq var

MSK önündə aksiya. Foto:Mikroskop

“Human Rights Watch” (HRW) beynəlxalq hüquq – müdafiə təşkilatı son dövrlərdə Azərbaycanda müxalif fəalların həbsinin artmasıyla bağlı bəyanat yayıb. Təşkilat iyulun 14-də Bakıda keçirilən Qarabağa dəstək yürüşündən sonra saysız müxalifət fəalının və liderinin saxta ittihamlarla saxlandığını bildirir. İttihamlar isə karantin qaydalarının pozulması, əmlaka ziyan və hakimiyyətin ələ keçirilməsi ilə bağlıdır. İttihamlar koronavirus pandemiyası ilə əlaqəli kilidləmə qaydalarının pozulmasından tutmuş əmlakın məhv edilməsi və çevriliş cəhdinə qədərdir.

Azərbaycanda son həbs dalğası siyasi motivli həbslərin və təqiblərin davamıdır, ölkənin müxalifət partiyalarının biri məhv etməklə hədələnir. Hakimiyyət buna dərhal son qoymalı, haqsız həbs olunanları sərbəst buraxmalı, hüquq-mühafizə əməkdaşlarının davranışları araşdırılmalıdır”

– deyə təşkilatın Avropa və Orta Asiya üzrə direktor köməkçisi Giorgi Gogia deyib.

“HRW” 11 vəkillə danışdığını, iyulun 15-dən bəri saxlanan bir neçə nəfərin məhkəmə sənədlərini nəzərdən keçirdiyini deyir.

Hüquq-müdafiə təşkilatı yazır ki, prezident İlham Əliyev yürüşdən bir gün sonrakı çıxışında AXCP-ni zorakılığı qızışdırmaqda ittiham etmiş, partiya fəallarını “satqınlar”, “düşmənlər”, “5-ci kolon” adlandırmış, məsələni “həll etmək” vədi vermişdi.

Bəyanatda deyilir ki, bir qrup mitinq iştirakçısı ilə polislər arasında baş verən kiçik qarşıdurmadan sonra polis gözyaşardıcı qaz, su topları və rezin güllələrdən istifadə edərək kütləni amansızlıqla dağıdıb. Rəsmi açıqlamaya görə, ən azı yeddi polis əməkdaşı xəsarət alıb, 16 avtomobilə ziyan dəyib. 

Təşkilat qeyd edir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyası kimi bir sıra beynəlxalq sənədə qoşulub ki,  bu sənədlər qanunsuz həbsi qadağan edir, həbs olunanın vəkillə təmin olunmasına zəmanət verir.

Azərbaycanın beynəlxalq tərəfdaşları Əliyevin bu davakar nitqindən çəkinməməli, təzyiqlərlə bağlı səslərini çıxarmalıdırlar. Onlar Azərbaycan hakimiyyətini düzgün olan etməyə – divantutmaya son qoymağa və ədalətsiz yerə həbs olunanları buraxmağa çağırmalıdırlar”

– bəyanatda qeyd olunub.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia