Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qardaşı deyir ki, Mehdi İbrahimovu evə buraxmırlar

19 Avqust 2020
Qardaşı deyir ki, Mehdi İbrahimovu evə buraxmırlar

Mehdi ibrahimov. Foto:şəxsi arxiv/facebook

Orduya dəstək yürüşü ilə bağlı saxlanılan Mehdi İbrahimov barədə ev dustaqlığına buraxılma qərarı çıxarılsa da o evə buraxılmır.

Bu  barədə ədliyyə nazirliyinin penitensiar xidmətinin ixtisaslaşdırılmış çəzaçəkmə müəssisəsinə saxlanılan M.İbrahimovun qardaşı Turan İbrahimov məlumat yayıb:

“Mehdini buraxmırlar. Vəkil deyir ki, məhkəmə qərarı var, ev dustaqlığına buraxılmalıdır. Təcili yardım isə deyir bizə tapşırıq verilib, karantinə aparmalıyıq”.

Məhkəmə M.İbrahimovun ev dustaqlığına buraxılması ilə bağlı bu gün, avqustun 19-da qərar verib.

Mehdi İbrahimov nədə ittiham olunur: M.İbrahimov iyulun 15-də orduya dəstək yürüşündən qayıdarkən saxlanılıb. Bir gün sonra bölmədə onun Məmməd İbrahimin oğlu olduğunu biləndə buraxmayıblar. O, atasının siyasi fəaliyyətinə görə cəzalandırılıb.

O, CM-in 139-1 maddəsi ilə – koronavirus olduğu halda, küçəyə çıxıb başqalarına təhlükə yaratmaqda İttiham olunurdu. İddiaya görə, o, iyulun 20-də axşam saatlarında karantin rejimi qaydalarını pozduğuna görə saxlanılıb. Polis bölməsinə gətirilib test aparılandan sonra onda koronavirus aşkarlanıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia