Litvanın xarici işlər nazirliyi Belarus prezidenti Aleksandr Lukaşenkonu ölkəsinə girişi qadağan edilmiş şəxslər siyahısına daxil edib.
Bu barədə Litvanın Xarici İşlər naziri Linas Linkyaviçus məlumat yayıb.
Bildirib ki, Litva daha 31 Belarusiyalı məmurun ölkəyə girişinə qadağa qoyub.
Siyahıda Lukaşenkadan başqa OMON, KQB və Belarusiya Mərkəzi Seçki Komissiyasının rəsmiləri də yer alsa da onların adları açıqlamayıb.
Siyahı artıq Litva Daxili İşlər Nazirliyinə təsdiq üçün təqdim edilib.
Litva Seymi fövqəladə iclas zamanı Belarusdakı prezident seçkilərinin nəticələrini və A.Lukaşenkonu qanuni prezident kimi tanımayan qətnamə qəbul edib.
Nə baş verib: Avqustun 9-da Belarusda prezident seçkiləri keçirildi. MSK-nın məlumatına görə, hazırkı prezident Lukaşenko səslərin 80,08% -ni, onun əsas rəqibi Svetlana Tixanovskaya isə 10,09%-ni topladı.Seçkinin nəticələri açıqlandıqdan sonra Minsk də daxil olmaqla ölkənin bir çox şəhərində kütləvi etirazlar başladı.