Şənbə, 24 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Mətbuat katibi deyir ki, Navalnını zəhərləyiblər

20 Avqust 2020
Mətbuat katibi deyir ki, Navalnını zəhərləyiblər

Aleksey Navalnı.Foto: Dmitri Serebryakov/TASS

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı zəhərlənmə şübhəsi ilə reanimasiyaya yerləşdirilib. Bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat yayıb.

K.Yarmış bildirib ki, Navalnı Moskvadan Tomska uçarkən özünü pis hiss edib və təyyarə Omsk vilayətində təcili eniş edib.

Mətbuat katibinə görə, Navalı çayın içinə qarışdırıla bilən hansısa bir toksik maddə ilə zəhərlənib.

Alekseyin çayına nəsə qarışdırılaraq zəhərləndiyini ehtimal edirik. O, səhər ancaq çay içib. Həkimlər zəhərin isti maye ilə daha sürətlə yayıldığını deyirlər”

Yarmış bildirib.

Xəbəri Omskdakı 1 saylı Təcili Yardım Xəstəxanasının baş həkimi Aleksandr Murakovski də təsdiqləyib və siyasətçinin vəziyyətinin ağır olduğunu deyib.

Rusiya prezidenti Vladimir Putinin qatı tənqisçisi olan Navalnı bir il əvvəl təcridxanada olanda da zəhərlənmişdi.

2018-ci ilin aprelində isə Moskvada Navalnıya hücum edilib və onun gözünə yaşıl kimyəvi məhlul atılıb. Navalnının dediyinə görə, bundan sonra sağ gözündə görmə qabiliyyətinin təxminən 80% -ni itirib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia