Azərbaycanda daha bir siyasi məhbus Emin Saqiyev 3 gündür ki, aclıq aksiyası keçirir. Onun ailə üzvləri Mikroskop-a bildirib ki, E.Saqiyev avqustun 18-də Ali Məhkəmənin onun kassasiya şikayəti ilə bağlı keçirilən iclasından sonra başlayıb. Ali Məhkəmə onun bağlı qərarı qüvvədə saxlayıb və siyasi məhbus buna etiraz olaraq aclığa başlayıb.
Məhkəmədən sonra onun cəzaçəkmə müəssisəsinə geri qaytarılacağı gözlənsə də, E.Saqiyev Kürdəxanıdakı saxlanma təcridxanasında qalıb və ona bildirilib ki, şənbə günü geri qaytarılacaq. Həyat yoldaşı isə onunla görüşə buraxılmayıb.
Nə baş verib: Emin Saqiyev 2017-ci ilin noyabrında saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4-cü, narkotik vasitələrin külli miqdarda satışı maddəsi ilə cinayət işi açılıb. 2018-ci il oktyabrın 3-də o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Emin Saqiyev kimdir: Emin Saqiyev mühacirətdə olan jurnalist Türkel Azərtürkün bacanağıdır. Hüquq müdafiə təşkilatları onun qohumunun fəaliyyətinə görə həbs olunduğunu düşünür. Emin Saqiyev siyasi girov hesab olunur.


