Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Aleksey Navalnının zəhərlənməsi. Bir sutka sonra bildiklərimiz!

21 Avqust 2020
Aleksey Navalnının zəhərlənməsi. Bir sutka sonra bildiklərimiz!

Aleksey Navalnı.Foto:AP

Avqustun 20-də zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılan Rusiyanın müxalif siyasətçi Aleksey Navalnı hələ də komadadır. Həkimlər deyir ki, onun vəziyyəti stabil ağırdır.

Navalnıya hələ diaqnoz qoyulmayıb. 

Onun dəqiq diaqnozu hələ bilinmir. Omskdakı xəstəxananın həkimləri insult və infarkt riskinin olmadığını, o cümlədən koronavirusa yoluxmadığını deyirlər.

Həyat yoldaşı ilə görüşməyə icazə verilmir.

Yuliya Moskvadan Navalnının yerləşdiyi Omsk xəstəxanasına gəlib, lakin onların görüşünə icazə verilmir. Rusiya prezidenti Vladimir Putinin qatı tənqisçisi olan Navalnı bir il əvvəl təcridxanada olanda da zəhərlənmişdi.

Navalnının tərəfdaşları onu xaricə müalicə üçün göndərməkdə israr edirlər.

Onlar düşünürlər ki, Qərbdə Navalnının şübhəli zəhərlənməsinə nəyin səbəb olduğu daha yaxşı tapılar. Navalnının təsis etdiyi Anti-Korrupsiya Fondu əmindir ki, zəhərlənmə izlərini gizlətməyə çalışaraq onu xaricə göndərmək istəmirlər. Navalnının həkimi Yaroslav Aşikmin də müalicə üçün Avropaya aparılmalı olduğunu deyir.

Navalnını Almaniyaya aparmaq üçün təyyarə göndərilib.

Avqustun 21-də havaya qalxan təyyarə elə həmin gün də Berlinə qayıda bilər, Navalnının Rusiyadan çıxarılması üçün lazım olan sənədlər də hazırdır.

Rusiyalı həkimlər nə deyir: Rusiyalı həkimlər isə onu Omskdakı xəstəxanadan çıxarmağın mümkünsüz olduğunu deyirlər. Həkimlər bunu belə əsaslandırır ki, onun vəziyyəti stabil deyil və hər hansı bir nəqliyyat vasitəsi vəziyyətini ağırlaşdıra bilər.

Siyasətçinin mətbuat katibi nə deyir: Kira Yarmış avqustun 21-də yazıb ki,  Alekseyin Avropaya aparılmasına qadağa qoyulması onun həyatına birbaşa təhlükədir:

Omskdakı xəstəxanada avadanlıqsız və diaqnozsuz qalmaq dəhşətlidir”.

İlk hücum deyil: 2018-ci ilin aprelində isə Moskvada Navalnıya hücum edilib və onun gözünə yaşıl kimyəvi məhlul – “zelyonka” atılıb. Navalnının dediyinə görə, bundan sonra sağ gözündə görmə qabiliyyətinin təxminən 80% -ni itirib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia