Şənbə, 19 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Sabiq baş prokurorun cinayət işi DTX-dan Baş Prokurorluğa göndərilib

25 Avqust 2020
Azərbaycanın keçmiş baş prokuroru həbs olunub

Eldar Həsənov.Foto:APA

Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq idarəsindən Baş Prokurorluğuna göndərilib. Bu barədə onun vəkili Adil İsmayılov avqustun 24-də məlumat yayıb.

Müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm. Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb”

deyə  A.İsmayılov bildirib.

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov avqustun 13-də Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində tutulub. O, bundan öncə Azərbaycanın baş prokuroru, baş prokurorun birinci müavini, daxili işlər nazirinin birinci müavini, Gəncənin baş polis idarəsinin rəisi vəzifələrində çalışıb.

Nədə ittiham olunur: Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. O, ittihamları qəbul etmir, həbsini əsassız sayır.

Nə baş verib: DTX 2020-ci il iyulun 3-dən XİN-də istintaq-əməliyyat tədbirləri aparıb, nazirliyin İşlər İdarəsinin müdiri, İşlər İdarəsinin təsərrüfat şöbəsinin müdiri, Konsulluq İdarəsinin konsulluq-hüquq şöbəsinin rəisi, Konsulluq İdarəsinin rəisi həbs edilib. Ardında Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarılıb, onun yerinə  sabiq təhsil naziri Ceyhun Bayramov təyin edilib. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia