Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İctimai fəal bələdiyyə üzvlüyündən çıxarılıb

25 Avqust 2020
Bələdiyyə üzvü Vəfa Nağıya qarşı iddia qaldırılıb

Vəfa Nağı. Foto:şəxsi arxiv/facebook

Neftçala rayonunun Xol Qaraqaşlı bələdiyyəsinin üzvü, ictimai fəal Vəfa Nağının bələdiyyə üzvlüyündən uzaqlaşdırılıb. V.Nağının avqustun 25-də yaydığı məlumata görə, bu barədə qərar o,Türkiyədə olanda verilib:

Mən Türkiyədə olanda bələdiyyə sədri Əlibala Səlimov beş gündən bir iclas yığıb və iclaslara qatılmadığıma görə məni üzvlükdən kənarlaşdırıblar. Halbuki, mən iclaslara qatıla bilmədiyimlə bağlı bələdiyyəyə məktub göndərmişdim”.

V.Nağı deyir ki, onun bələdiyyə üzvlüyündən çıxarılmasının səbəbi əslində iclaslara qatılmaması deyil. İctimai fəal dayanmadan bələdiyyədən sənədlər, iclasların protokollarını tələb etdiyini bildirir:

Bələdiyyə üzvünün iclasın protokollarını əldə etmək hüququ var. Amma mənə heç vaxt müxtəlif bəhanələrlə protokollar verilməmişdi. Əslində heç bir iclasın protokolu yoxdur. Mən bunu daima ictimailəşdirirdim deyə, qərara gəliblər ki, məni uzaqlaşdırsınlar”.

V.Nağı məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini qeyd edib.

Qanun nə deyir: Bələdiyyələrin statusu haqqında qanunun 22-ci maddəsinin 6-cı bəndinə görə, ardıcıl olaraq 3 dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə bələdiyyə üzvünün səlahiyyətinə xitam verilir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia