Rusiya Müdafiə naziri Sergey Şoyqu “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin açılışında iştirak etmək üçün Azərbaycana gəlib.
Sayca 6-cı dəfə keçirilən “Dəniz kuboku” müsabiqəsində Azərbaycanın 4-cü dəfədir iştirak edir.
Rusiyalı nazir Azərbcaycanda kimlərlə görüşüb?
Sergey Şoyqu Azərbaycan prezidenti İlham Əliyevlə arasında görüşüb. Görüşdə prezident Azərbaycanın Ordu Oyunlarında iştirakından danışıb:
Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir”.
Sergey Şoyqu nə deyib:
Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var”.
Rusiyanın Ermənistana silah göndərməsi iddiası barədə nə danışılıb?
S.Şoyqu Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla da görüşüb. Bu zaman rusiyalı nazir iyulun 12-16-da Ermənistan-Azərbaycan sərhəddində hərbi əməliyyatlar zamanı ölkəsinin Ermənistana silah göndərməsi barədə iddianı təkzib edib.
S.Şoyqu deyib ki, Rusiya Silahlı Qüvvələri təyyarələrində 400 ton silahın Ermənistana nəqli barədə məlumatlar həqiqətəuyğun deyil. Bu uçuşlar Ermənistana silah və texnika daşımaq üçün yox, Rusiyanın 102-ci bazasında genişmiqyaslı tikinti işlərinin aparılması üçün tikinti materiallarının çatdırılması, həmçinin həmin bazada xidmət keçən hərbi qulluqçuların rotasiyası məqsədilə həyata keçirilib:
Bu günə qədər Rusiya Azərbaycana qarşı yönəlmiş heç bir addım atmayıb və bundan sonra da belə addımlar atılmayacaq”
o bildirib.
Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq necədir?
Hazırda Azərbaycan ilə Rusiya hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq edir. Rəsmi mənbələr son illərdə Azərbaycanın Rusiyadan aldığı hərbi məhsulların həcminin 5 milyard dollardan çox olduğunu yazır.
Azərbaycanın müdafiə büdcəsi 2020-ci ildə 20% artırılaraq 2,3 milyard dollara çatıb.