Çərşənbə axşamı, 8 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Yeni tədris ili nə zaman başlayır? Nazir açıqlayıb.

27 Avqust 2020
Yeni tədris ili nə zaman başlayır? Nazir açıqlayıb.

Təhsil naziri Emin Əmrullayev. Foto:azertag.az

İbtidai siniflərin sentyabrın 15-dən həftədə 2-3 dəfə dərsə gəlməsi təklif ediləcək. Bunu yeni tədris ilinin başlanması ilə bağlı avqustun 27-də keçirilən brifinq zamanı təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, 5, 9, 10 və 11-ci sinif şagirdlərin dərsləri 15 sentyabrdan onlayn formada başlayır.

Oktyabrın 1-dən 5 və 9 siniflərin əyani şəkildə məktəbə gəlməsini planlaşdırırıq. 15 oktyabr tarixindən 10 və 11-ci siniflərin məktəbə qayıtmasını planlaşdırırıq. Mart ayına qədər bu cür davam etdirilməsi nəzərdə tutulur”

deyə nazir qeyd edib.

Təhsil naziri onu da deyib ki, uşaqlarını məktəbə göndərib-göndərməmək seçimi valideynlərin öhdəsinə buraxılacaq.

E.Əmrullayev sentyabrın 15-dən oktyabrın 1-nə kimi uşaq bağçılarının açılmasının təklif edildiyini də diqqətə çatdırıb. 

Ali məktəblərlə dərslər nə zaman başlayır? 

  • E.Əmrullayev vurğulayıb ki, ali məktəblərdə təhsil distant qaydada sentyabrın 15-dən başlayacaq
  • 1-ci kurs tələbələri tanışlıq məqsədi ilə ail məktəblərə gələ biləcəklər
  • 15 oktyabr tarixindən bu ali məktəblərdə bəzi ixtisaslar üzrə (tibb, mühəndislik və s.) əyani təhsil üzrə tədris başlayacaq
  • Noyabr 2-ə qədər belə davam edəcək, sonra epidemioloji vəziyyət nəzərə alınacaq. Əgər vəziyyət imkan versə, ənənəvi təhsil formasına keçiləcək, əgər imkan verməsə distant təhsil davam edəcək.

Tədris kursları nə zaman fəaliyyətə başlayır? E.Əmrullayev: ”Tədris kurslarının bərpası bizim səlahiyyətimizdə deyil, bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək”. 

Rəsmi rəqəmlərə görə, indiyədək Azərbaycanda 35 844 nəfərdə koronavirusa yoluxma, 527 ölüm faktı qeydə alınıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia