Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ABŞ Cənubi Kiprə silah embarqosunu qaldırır

02 Sentyabr 2020
ABŞ Cənubi Kiprə silah embarqosunu qaldırır

ABŞ dövlət katibi Mayk Pompeo.Foto:Syuzan Uolş/AP

ABŞ Kipr-Yunan administrasiyasına tətbiq etdiyi silah embarqosunu müvəqqəti olaraq ləğv etdiyini açıqlayıb.

ABŞ-ın Dövlət Katibi Mayk Pompeo Cənubi Kiprin lideri Nikos Anastasiadis ilə telefon danışığı zamanı qərarı Kipr-Yunan tərəfinə bildirib.

Pompeo ABŞ-ın Kipr adasının birləşdirilməsinə dair 2 xalq və 2 bölgəli hərtərəfli həllini dəstəklədiyini təkrarlayıb. Dövlət katibi belə bir həll yolunun həm bölgə üçün, həm də bütün kiprlilər üçün faydalı olacağı ifadə edib.

Türkiyənin reaksiyası: Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın qərarına yazılı açıqlama ilə reaksiya verdi. Açıqlamada qərarın “adadakı iki xalq arasındakı bərabərliyi və tarazlığı görməzlikdən gəldiyi” ifadə edilib.Türkiyə tərəfi iddia edir ki, qərar Kipr probleminin həllinə mənfi təsir göstərəcək. 

ABŞ nə vaxtdan və niyə Cənubi Kiprə silah embarqosu tətbiq edir: Bölgədəki silah yarışının qarşısını almaq və adadakı kiprli türklərlə yunanlar arasındakı münaqişənin sülh yolu ilə həll olunmasını təşviq etmək üçün 1987-ci ildən bəri embarqo tətbiq edir.

Embarqonun qaldırılması ilə bağlı qərar nə vaxt verilib: ABŞ Konqresi keçən ilin dekabrında 33 illik silah embarqosunun qaldırılmasına qərar verdi. Nümayəndələr Palatası və Senat bu addımı dəstəklədi.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia