Çərşənbə, 14 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Amnesty International: İrandakı etirazlarda həbs olunanlar içgəncə və cinsi zorakılığa məruz qalıb

02 Sentyabr 2020
Amnesty International: İrandakı etirazlarda həbs olunanlar içgəncə və cinsi zorakılığa məruz qalıb

İrandakı etiraz aksiyası.Foto:EPA-EFE

“Amnesty International” hüquq müdafiə təşkilatı 2019-cu ilin noyabrında İranda 100-ə qədər şəhəri əhatə edən etirazlar və bu zaman saxlanılan etirazçılara qarşı rəftarla bağlı hesabat yayıb. 

Sentyabrın 2-də dərc olunan hesabatda deyilir ki, İran polisi, kəşfiyyat və təhlükəsizlik qüvvələri, həbsxana rəsmiləri hakim və prokurorlarla əlbir olaraq qanunsuz həbslərə, işgəncə və pis rəftara əl atıblar. Təşkilatın hesabatına görə, azı 304 etirazçı öldürülüb, bir neçə min nəfər saxlanılıb, bundan başqa günlərlə internet kəsilərək azad informasiya axını pozulub. 

Hesabat hansı mənbələrə istinad edilib:  Hesabatın hazırlanması üçün işgəncəyə məruz qalmış 60 nəfər və həbsdə olan 2 nəfərlə söhbət edilib. Yüzlərlə etirazçı da mesaj və məktublarla təşkilata məlumat verib. Həmçinin məhkəmə protokollarından və açıq rəsmi mənbələrdən də istifadə edilib.

Kimlər, necə həbs edilib: Təşkilat qeyd edib ki, həbs olunanlar arasında 10 yaşlı uşaqlar da var. Yetkin insanlardan bir qismi silahla yaralanandan sonra müalicə üçün xəstəxanaya getdiyi və orada müalicə almadan saxlanıldığı bildirilir. Onların əksəriyyəti jurnalist, aktivist və vəkil olub.

Bundan başqa iddia olunur ki, 1 saatdan az davam edən məhkəmə proseslərindən sonra həbs, uzunmüddətli həbs və edam barədə hökmlər çıxarılıb.  Ən azı 3 nəfərin “Allaha qarşı çıxmaq” ittihamı ilə edama məhkum edildiyi bildirilir. 

Məhbusların yaxınları nə deyir: Təşkilatın İrandakı nümayəndələrinə danışan qurbanların yaxınları xəstəxanalara, morqlara, polis bölmələrinə və həbsxanalara getdiklərini, lakin onlara heç bir məlumat verilmədiyini bildiriblər.  Ən azı 3 nəfərin harada olduğu isə hələ də bilinmir.  

BMT həmin etirazlarda onlarla insanın həlak olduğunu desə də yerli jurnalistlərin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində azı 100 nəfər ölüb.  

Nə baş verib: 2019-cu ilin noyabrında İranda benzin qiymətinin qəfil bahalaşmasından sonra etiraz aksiyaları başlayıb və ölkənin 100-ə yaxın şəhərini əhatə edib. Daha ətraflı 

Məlumat üçün “İrandakı etiraz aksiyaları ilə bağlı nələri bilir, nələri bilmirik?” yazısına keç. 

İrandakı etiraz aksiyaları ilə bağlı nələri bilir, nələri bilmirik?

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia