Avqustun 20-də Moskavaya təyyarə ilə səfəri zamanı rusiyalı siyasətçi Aleksey Navalnının halı pisləşib və sonradan onun zəhərləndiyi məlum olub. Hazırda Almaniyada müalicə alan siyasətçinin “noviçok”la zəhərləndiyini alman həkimlər təsdiqləyib. Navalnının hazırkı vəziyyəti ilə bağlı nələr məlumdur?
Rusiyalı həkimlər onun zəhərlənmədiyini düşünür. Rusiyanın Omsk xəstəxanasının toksikologiya şöbəsinin müdiri Aleksandr Sabayev müxalifət lideri Aleksey Navalnının pəhriz saxladığına görə həzm sistemində problem olduğunu deyib.
TASS yazır ki, həkim Navalnının xəstəxanaya yerləşdirilmədən bir neçə gün öncə səhhəti ilə bağlı problem yaşadığını deyib.
Həkim bunu belə əsaslandırır:
Xəstəlik tarixçəsi, eləcə də Navalnını və həyat yoldaşını müşayiət edən şəxslər rəsdiqləyir ki, onun səhhətində həqiqətən də problem olub və bu problemlər 5-7 gün ərzində yaşanıb. Bu da aəsas verir ki, onun zəhərlənmədiyini deyək. Navalnı bu günlərdə çəkisi ilə bağlı pəhriz saxlayırmış”.
Toksikoloq əlavə edib ki, Navalnının bədənində maddələr mübadiləsindəki dəyişikliklər “xəstəxanaya qəbuldan bir neçə gün əvvəl, hətta bir neçə saat əvvəl əmələ gəlib.
Siyasətçi indi necədir və haradadır: Navalnı 2 həftədən çoxdur komadadır və avqustun 22-də çarter reysi ilə Almaniyanın paytaxtı Berlinə aparılıb. Bundan əvvəl yerli xəstəxanadakı həkimlə onun bədənində zəhərli maddə izi tapılmadığını iddia edirdilər.
Alman hökumətinin son qənaəti nədir: Almaniya sentyabrın 2-də A.Navalnının Rusiyada “Noviçok” qrupundan olan maddə ilə zəhərləndiyini elan edib. Bu nəticəyə alman ordusunun Bundesvera laboratoriyasında aparılan analizlərdən sonra gəlinib.
Rusiya nə deyir: Sentyabrın 3-də Sklifosovski Təcili Tibbi Tədqiqat
İnstitutunun həkimi Mixail Potsxveria, Navalnının bioloji mayelərini analiz etdiklərini, orada “Noviçok” qrupundan olan zəhərli maddə izlərinin tapılmadığını elan edib.
Nə baş verib: 44 yaşlı siyasətçi Aleksey Navalnı avqustun 20-də Sibirdən Moskvaya uçarkən onun halı pisləşib, təyyarə Omskda təcili eniş etməli olub. Müxalifətçi Omskda xəstəxanada iki gün qalıb, daha sonra Almaniyaya aparılıb.
İlk hücum deyil: 2018-ci ilin aprelində isə Moskvada Navalnıya hücum edilib və onun gözünə yaşıl kimyəvi məhlul – “zelyonka” atılıb. Navalnının dediyinə görə, bundan sonra sağ gözündə görmə qabiliyyətinin təxminən 80% -ni itirib.