Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qarabağ yürüşündə saxlanılan cəbhəçi 40 gündən çoxdur ki, ailəsiylə danışa bilmir

07 Sentyabr 2020
İşçi Qrup tələb edir ki, Qarabağ yürüşünə görə saxlanılanların hüquqları təmin edilsin

15 iyul, Bakıda orduya dəstək yürüşü. Foto: Ramin Deko

İyulun 14-də orduya dəstək yürüşündə iştirak edəndən 2 gün sonra saxlanılan AXCP üzvü Məhəmməd İmanlının ailəsi 40 gündən çoxdur ki, ondan xəbər ala bilmir. Bu barədə Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsində (“Tubzon”da) saxlanıldığı deyilən M.İmanlının atası Ramiz İmanov məlumat yayıb.

46 gündür Məhəmmədlə hec bir əlaqə yoxdur. Göndərdiyim kitabları geri qaytarıb dedilər ki, buradakı məhkumlara kitab oxumaq icazəsi verilmir. Mən artıq oğlumun orada olmasına da inanmıram, ola bilər ki onun başına təhlükəli oyun açıblar, bəlkə də həyatda yoxdur”

R.İmanov deyib.

M.İmanlının vəkili Əsabəli Mustafayev Mikroskop-a deyib ki, sentyabrın 3-də onunla görüşüb.

Məhəmməd İmanlı dedi ki, özünü yaxşı hiss edir və “Tubzona” gətiriləndən bəri sadəcə 3 ədəd dərman qəbul edib. Burada saxlanmasının sadəcə həbsini uzatmaq məqsədi güddüyünü düşünür”

vəkil bildirib.

Ə.Mustafayevin sözlərinə görə, heç bir koronavirus xəstəsi müalicə müəssisəsində 40 gündən çox saxlanılmır və vəziyyəti ağır olmayan xəstələr tez sağalırlar:

Məhəmmədin vəziyyəti isə ağır deyil, hazırda heç bir müalicə almır”. 

Vəkil bildirib ki, M.İmanlının ailəsi ilə əlaqə saxlamamasının səbəbi ona müstəntiq tərəfindən telefon zəngi məhdudiyyəti tətbiq olunması ilə bağlıdır.

Qanunla telefon məhdudiyyəti istintaq prosesi gedən zaman tətbiq oluna bilər. Ehtimal edirəm ki, bu qərar təqsirləndirilən şəxsin istintaq sirrini yaymaması üçün verilib. Əgər ona görədirsə, bu qanunsuzdur, çünki hazırda M.İmanlının işi ilə bağlı istintaq getmir. Bu barədə qərarın vəkil kimi mənə təqdim olunmayıb ki, bu qanunsuzdur. Əgər qərarla tanış olsaydım, onun barəsində vəsadət qaldırardım”.

Məhəmməd İmanlı nədə ittiham olunur: CM-nin 139.1-ci, (özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması) maddəsi ilə ittiham olunur. Sabunçu rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia