Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tofiq Yaqublunun səhhətində problemlər yaranıb

07 Sentyabr 2020
Tofiq Yaqublunun səhhətində problemlər yaranıb

Tofiq Yaqublu.Foto:Turan

Həbsinə etiraz olaraq aclıq aksiyasına başlayan Tofiq Yaqublunun səhhətində problemlər yaranıb. Bu barədə sentyabrın 5-də T.Yaqublunun qızı Nigar Həzi məlumat yayıb.

N.Həzi bildirib ki, 4 gündür davam edən aclıq aksiyası T.Yaqublunun səhhətinə təsir göstərməyə başlayıb:

Atamla telefonla danışmışam. Tez-tez baş gicəllənmələrinin olduğunu və zəiflədiyini dedi. Bu durumda ola-ola həbsxananın tibbi hissəsindən heç bir tibbi yoxlanış olmayıb. Hər ötən gün Tofiq Yaqublunun səhhətindəki durum bizim üçün ciddi narahatlıq doğurur”.

N.Həzi tələb edir ki, atasının hazırda saxlandığı 3 saylı İstintaq təcridxanasının əməkdaşları onun səhhəti ilə maraqlansın və tibbi hissədən onun müayinəsinə göstəriş verilsin:

Biz hər gün onun səsini eşitməsək, ona nəsə olduğunu zənn edəcəyik. Bütün yaşanan və yaşanacaqlara görə bu hakimiyyət, ən birinci də İlham Əliyev məsuliyyət daşıyır”.

Nə baş verib: Martın 22-də Tofiq Yaqublu ona qarşı təxribat törədildiyi barədə məlumat yayıb. O bildirib ki, 8-ci kilometr bazarı yaxınlığında onun dayanmış halda olan maşını qəsdən vurulub və maşındakılar Tofiq Yaqubluya hücum edib. Bundan sonra siyasi fəala cinayət işi açılıb. O, ifadə vermək üçün dəvət olunsa da vəkili Elçin Sadıqov uzun müddət onun yanına buraxılmayıb. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə ittiham olunub və 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Tofiq Yaqublu kimdir: Siyasi fəal 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Bu, onun ilk həbsi deyil. T.Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunub. O, Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə təqsirli bilinib və 5 il azadlıqdan məhrum olunub. 2016-cı ildə imzalanan əfv sərəncamı ilə həbsdən azad edilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia