Çərşənbə axşamı, 15 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa uğrunda Liberallar və Demokratlar Alyansı Tofiq Yaqublu barədə bəyanat yayıb

07 Sentyabr 2020
Avropa uğrunda Liberallar və Demokratlar Alyansı Tofiq Yaqublu barədə bəyanat yayıb

Tofiq Yaqublu.Foto:Fərqanə Novruzova

Avropanın ən böyük siyasi partiyalarından biri, Avropa Parlamentində fraksiyası olan Avropa uğrunda Liberallar və Demokratlar Alyansı (ALDE) Tofiq Yaqublunun aclığa başlaması ilə bağlı bəyanat yayıb.

Sentyabrın 7-də dərc olunan bəyanatda deyilir ki, Müsavat Partiyasının fəalı Tofiq Yaqublu 2020-ci ilin martında Azərbaycan prezidentinin müxalifətə qarşı təzyiqlər üçün koronavirusla mübarizədə nəzərdə tutulmuş tədbirlərdən istifadə ediləcəyini deməsindən 3 gün sonra həbs olunub. 

Yaqublu bütün ittihamları rədd edib və Müsavat Partiyası dərhal həbsin siyasi motivli olduğunu bəyan edib”

bəyanatda qeyd olunur.

Avropa Şurası Parlament Assambleyasının 3 məruzəçisi Azərbaycanı müxalif siyasətçinin işinə yenidən baxmağa çağırıb. Onlar cəzanın ağırlığından narahat olduqlarını və Azərbaycan hakimiyyəti tərəfindən uydurma “xuliqanlıq” ittihamlarının daha əvvəllər də siyasi müxalifəti susdurmaq üçün istifadə edildiyini vurğulayıblar.

ALDE  bəyan edib ki, T.Yaqublunun vəziyyətini yaxından izləməyə davam edəcək. Qurum 2019-cu ilin oktyabrında Afinadakı son konqresində Azərbaycandakı bütün siyasi məhbusların sərbəst buraxılması çağırışını bir daha təkrar edib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia