Bazar, 18 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Vəkili deyir ki, Tofiq Yaqublunun rəngi solub və əvvəlki kimi yerimir

07 Sentyabr 2020
Vəkili deyir ki, Tofiq Yaqublunun rəngi solub və əvvəlki kimi yerimir

Tofiq Yaqublu.Foto:Fərqanə Novruzova

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun psixloji vəziyyətinə görə akt tərtib etmək istəyirlər. Bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. Vəkil deyir ki, Tofiq Yaqublu ona 3 saylı İstintaq Təcridxanasının rəis müavini Rasim Əsgərovun akt tərtib etmək istədiyini bildirib: 

Rasim Əsgərov və psixoloq onun yanına gəlib və psixoloji durumuna görə akt tərtib etmək istəyirlər. Yanına gələnlər iddia edir ki, sanki o, aclığı psixoloji vəziyyətinə görə edir”.

Vəkil deyir ki, siyasi fəalın ümumi vəziyyəti yaxşı deyil və o, halsızlaşıb:

Halı yox idi, rəngi solmuş və əvvəlki tək yerimirdi. Aclığının 6-cı günüdür və 91 kilodan 82 kiloya düşdüyünü bildirdi”. 

Niyə aclıq edir: Tofiq Yaqublu saxta ittihamla həbs edildiyini və onla bağlı ədalətsiz hökm çıxarıldığını düşünür. Buna görə də o, artıq 6 gündür ki, aclıq aksiyasını davam etdirir. 

Nə baş verib: Martın 22-də Tofiq Yaqublu ona qarşı təxribat törədildiyi barədə məlumat yayıb. O bildirib ki, 8-ci kilometr bazarı yaxınlığında onun dayanmış halda olan maşını qəsdən vurulub və maşındakılar Tofiq Yaqubluya hücum edib. Bundan sonra siyasi fəala cinayət işi açılıb. O, ifadə vermək üçün dəvət olunsa da vəkili Elçin Sadıqov uzun müddət onun yanına buraxılmayıb. Martın 23-də isə Nizami Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan qərarı çıxarıb. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə ittiham olunur.

Tofiq Yaqublu kimdir: Siyasi fəal 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Bu, onun ilk həbsi deyil. T.Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunub. O, Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə təqsirli bilinib və 5 il azadlıqdan məhrum olunub. 2016-cı ildə imzalanan əfv sərəncamı ilə həbsdən azad edilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia