Şənbə, 12 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan hökuməti mühacirləri axtarışa verib

08 Sentyabr 2020
Azərbaycan hökuməti mühacirləri axtarışa verib

Orduxan Bəbirov,Tural, Sadıqlı,Qurban Məmmədov. Kollaj:mikroskop media

Azərbaycan hökuməti hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış 7 nəfəri İnterpol xətti ilə axtarışa verib. Bu barədə Baş Prokurorluğun sentyabrın 8-də yaydığı məlumatda deyilir. 

Beynəlxalq axtarışa verilən şəxslər ötən il Azərbaycana deportasiya edilən Elvin İsayevlə iş birliyində ittiham olunurlar.

Nə baş verib: E. İsayev Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozmaq ittihamı ilə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub və həbs olunub. 

Kimlər axtarışa verilib: E.İsayevin qabaqcadan əlbir olduğu bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilərək, axtarışa veriliblər. 

Hansı maddələrlə ittiham edilirlər: Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə  

12.1, 34.2, 281.2 – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə maddələri ilə ittiham olunurlar. 

Prokurorluq nə deyir: E. İsayev 2018-ci ilin əvvəllərində “Youtube” və “Facebook” sosial şəbəkələrində yerləşdirdiyi video müraciətlərdə hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar edib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia