Çərşənbə, 20 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Belarusun müxalifət liderlərdindən biri Ukrayna sərhədində saxlanılıb

08 Sentyabr 2020
Belarusun müxalifət liderlərdindən biri Ukrayna sərhədində saxlanılıb

Mariya Kolesnikova.Foto:Dmitri Lovetski/AP

Belarus müxalifətinin liderlərindən biri olan Maria Kolesnikova sentyabrın 8-i səhər saatlarında Belarus-Ukrayna sərhədində saxlanılıb.

Belarus Dövlət Sərhəd Komitəsinin yaydığı məlumatda belə deyilir. Qurum iddia edir ki, Kolesnikova və Belarus müxalifətinin Koordinasiya Şurasının iki üzvü Anton Rodnenkov və İvan Kravtsov avtomobillə hərəkət edərkən saxlanılıblar. Rəsmi xəbərdə deyilir ki, sərhəd keşikçilərini görən kimi avtomobil sürətlənib və kolesnikova avtomobildən çölə itələnib. Ukrayna sərhəd xidməti Kravtsov və Rodnenkovun keçid məntəqəsinə gəldiklərini və sərhəd nəzarətindən keçdiklərini bildirib.

Belarus isə hər 2 şəxsin saxlandığını vurğulasa da, Ukrayna tərəfi bunu təkzib edib. 

İnterfaks yazır ki, M.Kolesnikovanı Belarusdan zorla deportasiya etmək istəyiblər, lakin o,  pasportunu cırıb və bunun qarşısını alıb. Ukraynanın daxili işlər nazirinin müavini Anton Qeraşenko Kolesnikovanı müşayiət edən Rodnenkov və Kravtsovun Belarusdan qovulduğunu bəyan edib :“Bu, könüllü gediş deyildi, doğma ölkədən zorla qovulmaq idi”. Onun sözlərinə görə, Kolesnikova deportasiyasının qarşısını alıb.

Nə baş verib: Sentyabrın 7-də Kolesnikova, Rodnenkov və Kravtsov ünsiyyəti dayandırıblar. Şahidlərin sözlərinə görə, mülki geyimli və maskalı şəxslər Kolesnikovanı Minskin mərkəzində tutub bir mikroavtobusa mindiriblər və onu naməlum istiqamətə aparıblar. Daxili işlər nazirliyi, İstintaq Komitəsi və Dövlət Nəzarət Komitəsi Kolesnikovanın tutulması barədə məlumatsız olduqlarını bildiriblər.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia