Şənbə, 18 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İnsan Hüquqları Evi Fondu Tofiq Yaqublu ilə bağlı bəyanat verib

10 Sentyabr 2020
Vəkili deyir ki, Tofiq Yaqublunun rəngi solub və əvvəlki kimi yerimir

Tofiq Yaqublu.Foto:Fərqanə Novruzova

İnsan Hüquqları Evi Fondu Tofiq Yaqublunu və siyasi məhbus kimi tanınan şəxsləri azad etməklə bağlı çağırış edib. Təşkilatın sentyabrın 9-da dərc etdiyi bəyanatında deyilir ki, beynəlxalq ictimaiyyət 14-15 iyul nümayişindən sonra siyasi fəalların saxlanmasının, cəzalandırılmasının və ya mühakimə edilməsinin şahidi olub:

Hakimiyyətin müxalifəti susdurmaq üçün son cəhdi Tofiq Yaqublunun barəsində xuliqanlıq ittihamı ilə hökmün çıxarılması ilə nəticələnib”.

Təşkilat bildirir ki, iyulun 15-də prezidenti İlham Əliyev müxalifəti “beşinci kolon” və dövlətin düşmənləri adlandırıb və bu çıxışdan sonra ən azı 80 nəfər saxlanılıb.

Onların bir çoxu karantin rejimini pozmaqda, bəziləri COVID-19-u yaymaqda ittiham olunub”

bəyanatda deyilir.

Fond qeyd edib ki, kütləvi həbslər siyasi cəhətdən kəskin işləri aparmağa qadir müstəqil hüquqşünasların çatışmazlığı fonunda baş verir. 

Qurum qeyri-rəsmi mənbələrə əsaslanaraq bildirir ki, müxalif fəal Fuad Qəhrəmanlı “amansız işgəncələr”ə məruz qalıb:

Bu fonda Tofiq Yaqublunun yalan cinayət ittihamı ilə mühakimə edilməsi Azərbaycan hökumətinin fərqli düşüncəni aradan qaldırmaq və tənqidçiləri susdurmaq niyyətilə bağlı narahatlıq doğurur. Sentyabrın 3-də T.Yaqublu saxta xuliqanlıq ittihamı ilə təqsirli bilinib və onu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib. O, insan hüquqlarının pozulmasına görə Azərbaycan hakimiyyətini müntəzəm tənqid edən mühüm müxalifətçi siyasi səxsdir və artıq iki dəfə saxlanılıb, qanunsuz həbs cəzası çəkib və inzibati ittihama məruz qalıb”. 

Bəyanatda T.Yaqublunun aclıq elan etdiyi də vurğulanıb.

Fond Azərbaycan hakimiyyətini siyasiləri sıxışdırılmasına dərhal son qoymağa, T.Yaqublunu və digər siyasi məhbusları azad etməyə çağırıb. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia