Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Navalnı özünə gəlib və baş verənləri xatırlayır

10 Sentyabr 2020
Almaniya hakimiyyəti: Navalnının qorunmasına ehtiyac var

Aleksey Navalnı.Foto:Tatyana Makeyeva/Reuters

Komaya düşəndən sonra müalicə üçün Almaniyanın “Charite” xəstəxanasına aparılan rusiyalı siyasətçi Aleksey Navalnı  tamamilə özünə gəlib. Bu barədə sentyabrın 10-da “Insider” nəşri yazıb. Məlumata görə, Navalnının vəziyyəti gözlənildiyindən də yaxşıdır. O, hətta zəhərlənmədən öncə baş verən hadisələri də xatırlayır və yenidən danışmağa başlayıb.

Həkimlər hesab edir ki, siyasətçi pilotların təyyarəni Omska sürətlə endirməsi və hava limanında atropin qəbul etməsinin sayəsində sağ qalıb.

Həkimlər ona baş çəkilməyinə də icazə veriblər. Bundan əvvəl ona sadəcə həkimlər və həyat yoldaşı baş çəkə bilirdi. 

Siyasətçi necə mühafizə plunur: “Insider” yazır ki, siyasətçi ilə görüşmək üçün 3 təhlükəsizlik xəttini aşmaq lazımdır. Navalnının zəhərlənməsi təsdiqlənəndən sonra xəstəxananın mühafizəsi gücləndirilib.

Necə zəhərlənib: Almaniya bundan əvvəl bəyan etmişdi ki, A.Navalnı “Noviçok” qrupundan olan maddə ilə zəhərlənib və təsadüfən sağ qalıb.

Nə baş verib: 44 yaşlı siyasətçi Aleksey Navalnı avqustun 20-də Sibirdən Moskvaya uçarkən onun halı pisləşib, təyyarə Omskda təcili eniş etməli olub. Müxalifətçi Omskda xəstəxanada iki gün qalıb, daha sonra Almaniyaya aparılıb.

İlk hücum deyil: 2018-ci ilin aprelində isə Moskvada Navalnıya hücum edilib və onun gözünə yaşıl kimyəvi məhlul – “zelyonka” atılıb. Navalnının dediyinə görə, bundan sonra sağ gözündə görmə qabiliyyətinin təxminən 80% -ni itirib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia