Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Fransa və İsveçin müstəqil laboratoriyaları Navalnının zəhərləndiyini təsdiqləyib

14 Sentyabr 2020
Fransa və İsveçin müstəqil laboratoriyaları Navalnının zəhərləndiyini təsdiqləyib

Aleksey Navalnı.Foto:Dmitri Serebryakov/AP

Fransa və İsveçdə iki müstəqil laboratoriya Rusiyanın müxalif lideri Aleksey Navalnının “Noviçok” qrupundan olan qazla zəhərləndiyini təsdiqləyib.

Almaniya hökumətinin yaydığı məlumata görə, artıq 3 laboratoriya bunla bağlı dəlil təqdim edib.

Almaniya həmçinin “Kimyəvi Silahların Qadağan olunması Təşkilatı”nın (“OPCW”) mütəxəssislərinə də nümunələr göndərib.

Biz yenidən Rusiyanı baş verənləri izah etməyə çağırırıq. Avropalı tərəfdaşlarımızla sıx əlaqə qururuq və onlarla gələcək addımları müzakirə edirik “

deyə Almaniya hökuməti bəyan edib.

Nə baş verib: 44 yaşlı siyasətçi Aleksey Navalnı avqustun 20-də Sibirdən Moskvaya uçarkən onun halı pisləşib, təyyarə Omskda təcili eniş etməli olub. Müxalifətçi Omskda xəstəxanada iki gün qalıb, daha sonra Almaniyaya aparılıb.

İlk hücum deyil: 2018-ci ilin aprelində isə Moskvada Navalnıya hücum edilib və onun gözünə yaşıl kimyəvi məhlul – “zelyonka” atılıb. Navalnının dediyinə görə, bundan sonra sağ gözündə görmə qabiliyyətinin təxminən 80% -ni itirib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia