Bazar, 7 Mart 2021
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

Navalnını zəhərləyən “noviçok” nədir və insana necə təsir edir? İzah edirik!

15 Sentyabr 2020
Navalnını zəhərləyən “noviçok” nədir və insana necə təsir edir? İzah edirik!

Aleksey Navalnı, Sergey Skripal.Kollaj: mikroskop media

Rusiyalı müxalif lider Aleksey Navalnı bu il avqustun 20-də, Britaniyada yaşayan keçmiş rus hərbi kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliya isə 2018-ci il martın 5-də eyni maddə  – “noviçok” qrupundan olan zəhərlə sui-qəsdə məruz qalıb. Onların hər 3-ü sağ qalsa da bir müddət komada olub. 

Navalnının qanında bu zəhərdən aşkarlandığını hazırda müalicə olunduğu Almaniya, eyni zamanda Fransa və İsveçin müstəqil laboratoriyaları təsdiqləyib. 

Bəs “noviçok” nədir? Bu zəhər insana necə təsir edir? Bu sinir qazının istifadəsinə nə qədər icazə verilir?  İzah edirik! 

1

Noviçok nədir? 

“Noviçok” qrupundan olan sinir qazı ilk dəfə Sovet İttifaqında, 1970-80-ci illərdə istehsal olunmağa başlanıb. 100-dən çox çeşidi olan “Noviçok”un 5 və 7 nömrələri dünyanın ən zəhərli qazlarından biri olan VX-dən 8 dəfə, digər sinir qazlarından isə 10 qat daha təsirlidir. Bu zəhərin hazırda yalnız Rusiya rəhbərliyində olduğu ehtimal edilir. 

2

Zəhər necə olur və istifadəsinə nə qədər icazə verilir? 

Bu maddə əsasən qaz və toz halında olur. Hər iki halda onun təsirinin üzə çıxma müddəti fərqlidir. Qaz halında olanda 2 dəqiqə ərzində, toz halında olanda isə 18 saat ərzində zəhərlənmə simptomları üzə çıxmağa başlayır. 

Beynəlxalq müqavilələrə görə, istehsalı  və saxlanılması qadağandır. Buna baxmayaraq, bu zəhərin hazırlanmasında istifadə olunan kimyəvi maddələr qadağan olunmuş maddələr sırasında deyil. 

3

İnsana necə təsir edir? 

Sinir qazına təmas nəticəsində sinirlərdən əzələlərə ötürülən impulslar əngəllənir. Zəhərlənən şəxsin nəfəsalması yavaşlayır və onun dozasından asılı olaraq bir müddət sonra ürək dayanır. 

4

Rusiya nə deyir? 

Rusiya hökuməti həm Sergey Skripalın, həm də Aleksey Navalnının “noviçok”la zəhərləndiyini təkzib edir. 

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia