Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tofiq Yaqublunun gözləri çox pis görür, köməksiz ayağa dura bilmir

16 Sentyabr 2020
Vəkili deyir ki, Tofiq Yaqublunun rəngi solub və əvvəlki kimi yerimir

Tofiq Yaqublu.Foto:Fərqanə Novruzova

15 gündür aclıq aksiyasını davam etdirən Tofiq Yaqublunun səhhəti bir az da pisləşib. Qızı Nigar Həzi deyir ki, atası onunla danışanda köməksiz ayağa dura bilmədiyini və gözünün çox pis gördüyünü deyib:

Yumruğumu sıxa bilmirəm, gözüm çox pis görür, artıq eynək belə kömək etmir”

o deyib. 

Nigar Həzi bildirib ki, sentyabrın 16-da Tofiq Yaqubludan qan analizi götürülüb və nəticəsi pis çıxıb:

Təcili qan köçürülməsi zərurəti yaranıb. İndi qan bankından qanın alınması prosesi gedir. Həkim qeyd etdi ki, həyatı üçün ciddi təhlükə var. Hər an komaya düşə bilər və biz Tofiq Yaqublunu itirə bilərik”

deyə N.Həzi qeyd edib.

Telefon danışığı zamanı T.Yaqublu əlavə edib ki, heç taqəti qalmayıb və sümükləri sızıldayır: 

Bilmirəm nə qədər ömrüm qalıb. Hakimiyyət tez bir zamanda qərar verməlidir – ya məni azadlığıma qovuşdurmalıdır, ya da mən sudan imtina edib ölümün tez gəlməsini gözləyəcəm”.

Harada saxlanılır: Şüvəlanda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Tofiq Yaqublu sentyabrın 11-i özəl klinika olan “City Hospital”a köçürülüb. O, şəxsi həkimi Adil Qeybullanın nəzarəti altındadır.  

Niyə aclıq edir: Tofiq Yaqublu saxta ittihamla həbs edildiyini və onla bağlı ədalətsiz hökm çıxarıldığını düşünür. Buna görə də o, artıq 9 gündür ki, aclıq aksiyasını davam etdirir. 

Nə baş verib: Martın 22-də Tofiq Yaqublu ona qarşı təxribat törədildiyi barədə məlumat yayıb. O bildirib ki, 8-ci kilometr bazarı yaxınlığında onun dayanmış halda olan maşını qəsdən vurulub və maşındakılar Tofiq Yaqubluya hücum edib. Bundan sonra siyasi fəala cinayət işi açılıb. O, ifadə vermək üçün dəvət olunsa da vəkili Elçin Sadıqov uzun müddət onun yanına buraxılmayıb. Martın 23-də isə Nizami Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan qərarı çıxarıb. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə ittiham olunur.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia